Accessibility links

Tokio birjasında böyük itkilər qeydə alınıb


Çərşənbə günü Asiya birjasında alqı-satqı zaman Yaponiyanın Nikkei indeks göstəriciləri kəskin düşüb.

Nikkei 918 göstərici üzrə, yəni 5.4 faiz dəyərini itirib və günün sonu 16.085 göstəricində qalıb.

Bu, 2013-cü ilin iyun ayından bəri Nikkei indksinin ən böyük itkisidir, çünki investorlar səhmlərini dövlət istiqrazları kimi daha təhlükəsiz aktivlərə dəyişirl. Bunun səbəbi olaraq dünya bazarında Yaponiya ixracataının bahalaşmasına gətirib çıxaran yenin dəyərinin artması ilə bağlı narahtalıqlar, eləcə də Çində iqtisadi inkişafda yavaşıma və qlobal neft qiymətinin düşməsi göstərilir.

İlk dəfə olaraq Yaponiyanın 10 illik dövlət istiqrazlarının faiz dərəcələri 0-dan aşağı enib.

Şanxay, Honq Konq və Seul daxil olmaqla, Asiya birjasında indeks göstəriciləri çərşənbə günü Yeni ilin qeyd olunması səbəbilə bağlı olub.

Bazar ertəsi də investorlar üçün çox ağır gün olub. Paris, Frankfurt və London birjalarında faiz dərəcələri 3 faiz, Nyu York-da isə NASDAQ 1,6, S&P 500 1,4, Dow da 1.1 faiz düşüb.

XS
SM
MD
LG