Accessibility links

“Saxta Xəbər” böhranına sənətçi baxışı


“Saxta Xəbər” böhranına sənətçi baxışı
please wait

No media source currently available

0:00 0:03:00 0:00

"MAD" muzeyi Nyu-York-un beton cəngəlliyinə düşən lego parçasını xatırladır. Qeyri-adi dizaynı ilə fərqlənən binanın içində bizi qeyri-adi dizayn nümunələri gözləyir.

1956-cı ildə Aylin Osborn Vveb tərəfindən açılan muzeyin əsas məqsədi müasir dizaynerlər və incəsənət xadimlərini dəstəkləməkdir. Muzeydə həm sərgi salonları, həm də gənc artistlərin emalatxanaları yerləşir. Burada hər həftə sənətlə maraqlananlar üçün maraqlı seminarlar keçirilir, rəssamlıq, heykəltaraşlıq, dulusçuluq dərsləri verilir.

Bu il muzeydə sərgilənən ən maraqlı nümayiş “Fake News” adlanır. Avstraliyalı sənətçi Robert Beyns, Amerikada cox aktual olan “Fake News” yəni “saxta xəbərçilik” problemini bəzək əşyaları konsepti ilə təsvir edib.

Sənətçinin ilham mənbəyi ən yaddaqalan şişirdilmiş xəbər başlıqları, qondarma xəbərlər və konspirasiya teoriyalardır. Nümayiş qondarma xəbərlərin parodiyasıdır əslində. Məsələn, Aya ilk dəfə səyahət edən Appollo 11 gəmisinin “Marsa səyahəti” zamanı ordan tapdığı suvenirlərdən tutmuş, Avstraliyadan tapılan mücəvhərlərin kimə aid olmasına qədər geniş mövzulara toxunur.

Bu qeyri-ciddi xəbərlərdən biri də, Con Kennedi ilə Merlin Monronun eşq hekayəsi haqdadır. Gözəl aktrisanın prezidentə ad günündə hədiyyə etdiyi ürək formalı üzüyün bir tərəfində Merilinin, digərində Kennedinin siması təsvir olunub. Bu xəbərdə məşhur aktrisa ilə mərhum prezidentin eşq macərası haqda gəzən əfsanəyə toxunulur.

Digər maraqlı xəbər isə Rusiya Prezidenti Putinin 2018-ci ildə yenidən prezident seçilməsi ilə bağlıdır. Sənətçi Putinə avtomatlarla bəzədilmiş tac təqdim edir, və onun özünü Çar elan etməsi münasibəti ilə təbrik edir. Bu siyasi emblem yəqin ki, Putinin arzuladığı tacdan bir az fərqlidir.

Muzey təkcə sərgiləmir, həm də mükafatlandırır. Ötən ildən etibarən “MAD” muzeyi müasir sənətkarlıq müsabiqəsi keçirir. Hər il keçiriləcək müsabiqənin qalibini 50 min dollarlıq pul mükafatı gözləyir. 2018-ci ilin qalibi Kanupa Hanska Luger olub.

Sənətçinin “Hər kəs” adlanan işi Kanadana itkin düşən və ya öldürülən yerli qadınlara həsr olunub. Qeyri-adi əl işi olan installasiyanın hazırlanmasında 4000 ədəd gil diyircəkdən istifadə olunub.

XS
SM
MD
LG