Saxarov mükafatı həbsdə olan uyğur dissident İlham Tohtiyə verilib
Ömürlük həbs cəzasına məhkum olunan uyğur dissident, ziyalı İlham Tohti Avropa Parlamentinin Saxarov mükafatına layiq görülüb. Mükafatı Strasburqda İlham Tohtinin qızı Cövhər Tohti qəbul edib. İlham Tohti Pekin hökümətinin uyğurlara qarşı apardığı siyasətə qarşı tənqidi mövqe tutub və 2014-cü ildə separatçılıq ittihamları ilə ömürlük həbs cəzasına məhkum edilib. Saxarov mükafatı hər il insan hüquqları və fikir azadlığını müdafiə edən şəxslərə və ya təşkilatlara verilir.
Episodes
-
Noyabr 27, 2024
Bayden İsraillə Hizbullah arasında atəşkəsi alqışlayıb
-
Noyabr 27, 2024
Gürcüstanda müxalifət parlament mandatlarından imtina edib
-
Noyabr 27, 2024
Ankarada “Qadına Qarşı Şiddətə Yox!” konfransı keçirildi