Accessibility links

ABŞ-da səudiyyəlilərin təlimlərinə qadağa qoyuldu


Pentaqon ABŞ-ın hərbi proqramlarında iştirak edən bütün səudiyyəlilərin təlimlərini dayandırıb. Buna ötən həftə Floridanın Pensakola hərbi bazasındakı hücum səbəb olur.

Qərar ölkənin müxtəlif bölgələrində təlimlər keçən 900-ə yaxın səudiyyəliyə şamil edilir.

Bu ölçüyə Federal Kəşfiyyat Bürosunun 21 yaşlı leytenant Məhəmməd Əlşamraninin ştatın ovçuluq lisenziyasını əldə etdikdən sonra aldığı 9 mm-lik tapança ilə hücuma keçməsindən sonra əl atılır.

Hücum zamanı 3 dənizçi öldürülüb, 8 nəfər xəsarət alıb. Hücumçu polis tərəfindən güllələnərək öldürülüb.

Öldürülənlərdən biri 23 yaşlı Ensayn Coşua Vatson (Alabama), 19 yaşlı Məhəmməd Sameh Xaytam (Florida), digəri isə 21 yaşlı Kemeron Skott Uoltersdur(Virciniya).

ABŞ-ın hərbi obyektlərində 5 minə yaxın xarici tələbə təlim keçir.

Təlimlərin dayandırılması araşdırmalar başa çatdırılanadək 10 gün qüvvədə olacaq.

ABŞ-ın müdafiə naziri Mark Esper bazar günü silahlı qüvvələrə xarici əsgərlərin yoxlanış prosedurlarının yenidən nəzərdən keçirməsinə göstəriş verdiyini deyib.

Rəsmilər hücumun həftə ərzində ABŞ-ın Floridadakı hərbi bazasında ölümlə nəticələnən ikinci hücum olduğunu deyib.

XS
SM
MD
LG