Accessibility links

Səudiyyə Ərəbistanı Şanxay Əməkdaşlıq Təşkilatına "Dialoq tərəfdaşı" kimi qoşulacaq


Dövlət mediasının çərşənbə günü verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı Şanxay Əməkdaşlıq Təşkilatına "Dialoq tərəfdaşı" kimi qoşulmağa razılıq verib.

Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qərb institutlarına rəqib olmaq üçün siyasi, iqtisadi və təhlükəsizlik təşkilatı kimi yaradılıb.

Səkkiz üzvü olan təşkilata Çindən başqa Hindistan, Pakistan və Rusiya, eləcə də dörd Mərkəzi Asiya ölkəsi - Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan daxildir.

Səudiyyə Ərəbistanının rəsmi mətbuat agentliyinin bildirdiyinə görə, Səudiyyə Ərəbistanının Nazirlər Kabineti bu qərarı çərşənbə axşamı kral Salmanın sədrliyi ilə keçirilən iclasda təsdiqləyib.

Məlumatda bu addımın Ər-Riyada "Şanxay Əməkdaşlıq Təşkilatında Dialoq Tərəfdaşı statusu" verəcəyi deyilib.

Müşahidəçi və ya dialoq tərəfdaşı statusuna malik digər ölkələrə Misir, İran və Qətər daxildir.

Ər-Riyadın blokla inteqrasiyası yeddi il əvvəl İranla tamamilə kəsilmiş diplomatik münasibətlərin Çinin vasitəçiliyi ilə bərpasından üç həftə sonra baş verib.

Vaşinqtonda Dövlət Departamentinin sözçüsü Vedant Patel Səudiyyə Ərəbistanının bu addımının təsirini aşağı salaraq, bunun çoxdan gözlənildiyini deyib.

"Hər ölkənin öz münasibətləri var" , Patel deyib.

XS
SM
MD
LG