Şənbə günü, dekabrın 10-da İnsan Hüquqları Günü qeyd olunur.
Bu gün həmçinin Birləşmiş Millətlər Təşkilatının Baş Assamleyasının Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul etməsinin 75-ci ildönümüdür.
BMT bildirir ki, “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi hər kəsin irqindən, rəngindən, dinindən, cinsindən, dilindən, siyasi və ya digər əqidəsindən, milli və ya sosial mənşəyindən, mülkiyyətindən, doğum və ya digər statusundan asılı olmayaraq bir insan kimi sahib olduğu ayrılmaz hüquqlarını bəyan edən əlamətdar sənəddir.”
Bu il BMT deklarasiyanı təbliğ etmək və tanıtmaq üçün bir illik kampaniya başladır. Beynəlxalq qurum bəyannamənin “beynəlxalq, milli və yerli qanunlar və siyasətlər üçün qlobal plan” olduğunu bildirir
“Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin ləyaqət və hüquq bərabərliyi vədi son illərdə davamlı hücuma məruz qalıb,” BMT bildirib. “Dünya yeni və davam etməkdə olan çətinliklər - pandemiyalar, münaqişələr, artan bərabərsizliklər, mənəvi cəhətdən iflasa uğramış qlobal maliyyə sistemi, irqçilik, iqlim dəyişikliyi – ilə üzləşdiyi bir vaxt dəyərlər, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit oluna dəyərlər və hüquqlar heç kəsi geri qoymaraq bizim kollektiv hərəkətlərimizə bələdçilik edir.”