Accessibility links

Satışa yararsız meyvələr yeni biznesə yol açır [Video]


Satışa yararsız meyvələr yeni biznesə yol açır
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Satışa yararsız meyvələr yeni biznesə yol açır

Birləşmiş Ştatlarda bir çox yeməli meyvə və tərəvəzlər mükəmməl görünüşləri olmadığı üçün tullanılır

BMT Qida və Kənd Təsərrüfatı Təşkilatı bildirir ki, bütün dünyada insanların istifadəsi üçün istehsal olunan yeməklərin üçdə biri təchizat zəncirində itir və ya israf olunur. Birləşmiş Ştatlarda bir çox yeməli meyvə və tərəvəzlər mükəmməl görünüşləri olmadığı üçün tullanılır. Yenicə qurulan şirkətlər bu məhsulları istehlakçılara təqdim etməyin yollarını araşdırırlar.

Meyvələrin bar verən vaxtı toplanan yerli meyvədən istifadə etmək fərq yaradır. Mənim məqsədim çipsləri daha çox mağazada satmaqdır, çünki beləliklə biz daha çox alma qurtara və daha çox qadını işə götürə biləcəyik

Hər həftə işçiləri almanın xarab yerlərini təmizləyəndən sonra Elizbaet Bennet 230 kilo alma doğrayır. Bennet qida antropologiyası sahəsində magistr dərəcəsinə sahibdir və ötən noyabrda Vaşinqtonda Fruitcycle adlı kulinariya inkubatoru başladıb. Şirkət yararsız almalardan quru meyvə çipsləri hazırlayır.

“Bu günədək biz 4692 kiloqram alma qurtarmışıq hansı ki əks təqdirdə tullanacaqdı.”

Bennet “eybəcər” almaları bazarda yerli kənd təsərrüfatçısı Mett Harşdan alır.

“Biz 16 hektarlıq ərazidə tərəvəz , digər 16 hektarda isə meyvə yetişdiririk. Və bu meyvə-tərəvzələrin 10 faizi çox vaxt əzilmiş və ya ləkəli olur və biz onları daimi marketdə sata bilmirik. Ona görə də biz onları tullamalı oluruq.”

Bennet alma çipslərini Vaşinqton ərazisində balaca dükanlarda satır və bundan əlavə ölkənin supermarket şəbəkələri ilə də danışıqlar aparır.

“İnsanların xoşuna gəlir. Meyvələrin bar verən vaxtı toplanan yerli meyvədən istifadə etmək fərq yaradır. Mənim məqsədim çipsləri daha çox mağazada satmaqdır, çünki beləliklə biz daha çox alma qurtara və daha çox qadını işə götürə biləcəyik. Eyni zamanda isə insanları qida tullantıları ilə bağlı maarifləndirəcəyik.”

Britni Meiningerə hər bazar məhsullar çatdırılır. O bu xidmət üçün bir neçə ay əvvəl Hungry Harvest şirkətinə yazılıb.

Evan Lutz bu şirkəti ötən may univeriteti bitirdikdən sonra digər bir şəxslə birgə təsis edib.

“Bu bir az böyükdür, bu isə bir az ləkəli. Lakin bunlar məhsulun keyfiyyətinə təsir etmir. Buna baxmayaraq bu cür meyvə-tərəvəzlərə mağazalarda rast gəlmək olmur, çünki göndərilsəydi, mağazalar onları rədd edəcək. Biz isə onları alıb, müxtəlif gözəl torbalara yığıb müştərilərin qapılarına çatdırırıq.”

Müştərilərə çatdırdığımız hər torbadan əldə etdiyimiz gəlirdən biz ehtiyacı olanlara sağlam yemək veririk

Lutz məhsulları endirimli qiymətlərlə yerli fermlerlərdən və topdan satıcılardan alır və deyir ki, şirkəti diqqətini yalnız satışlara yönəltmir.

“Müştərilərə çatdırdığımız hər torbadan əldə etdiyimiz gəlirdən biz ehtiyacı olanlara sağlam yemək veririk.”

“Mən bu missiyanın bir hissəsi olmağıma görə xoşbəxtəm. Meyvəni alırsan, püre edirsən, ona görə də necə göründüyün fərqi yoxdur.”

Hungry Harvest-in artıq 500 abunəçisi var və hər həftə bu rəqəm artır və bir il ərzinədə 5000-ə çatacağı gözlənilir.

XS
SM
MD
LG