Accessibility links

İmişlidə pambıq sahəsində çalışan çoxsaylı insan xəstəxanaya müraciət edib


İmişlidə zəhərlənmə (Foto Oqtay Gülalıyevin Facebook səhifəsindəndir)
İmişlidə zəhərlənmə (Foto Oqtay Gülalıyevin Facebook səhifəsindəndir)

İyunun 19-da səhər saatlarında İmişli rayonu ərazisində (Bakıdan 258 kilometr cənub-qərb) pambıq sahəsində çalışan çoxsayləı insan İmişli rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Bu barədə İmişli rayon Prokurorluğundan bildiriblər.

İmişlidə zəhərlənmə (Foto Oqtay Gülalıyevin facebook səhifəsindəndir)
İmişlidə zəhərlənmə (Foto Oqtay Gülalıyevin facebook səhifəsindəndir)

“Xəstəxanaya müraciət edənlərin sayı çoxdur. Hazırda prokurorluq araşdırma aparır”, İmişli rayon prokurorunun köməkçisi Sultan Muradov Amerikanın Səsinə deyib.

Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, bu gün səhər saatlarından başlayaraq insanlar ürəkbulanması və baş ağrısı diaqnozu ilə İmişli rayon Mərkəzi Xəstəxanasına müraciət edir.

İmişlidə zəhərlənmə (Foto Oqtay Gülalıyevin facebook səhifəsindəndir)
İmişlidə zəhərlənmə (Foto Oqtay Gülalıyevin facebook səhifəsindəndir)

“İnsanların vəziyyəti stabildir. Onlara ilkin tibbi yardım göstərilir. Qan və sidik analizləri götürülərək laborotoriyaya göndərilir”, mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Amerikanın Səsinə bildirib.

Mətbuat xidməti xəstəxanaya müraciət edənlərin sayının onlarla olduğunu deyib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev Facebook səhifəsində yazır ki, xəstəxanaya müraciət edənələrin sayı 150 nəfərdən çoxdur.

“Xəstəxanada sıxlıq olduğundan əksər xəstələrə xəstəxananın həyətində ilkin tibbi yardım göstərilir. Həkim çatışmazlığı var. Rayonun bütün həkim heyəti xəstələrə yardım etmək üçün səfərbər edilib. 10-a yaxın şəxsin vəziyyəti çox ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib”, o qeyd edir.

Hüquq müdafiəçisi xəstəxanaya müraciət edənlərin fotolarını da Facebook səhifəsində yayıb.

Xatırladaq ki, iyunun əvvəlində Saatlı rayonunda da pambıq sahəsində çalışan 21 nəfər kimyəvi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Fakt üzrə cinayət işi qaldırılıb.

XS
SM
MD
LG