Accessibility links

Türkmənistanın keçmiş prezidentinin heykəli aradan qaldırılır


Qurbanqulu Berdiməhəmmədov 2007-ci ildə hakimiyyətə gələndən bəri cənab Niyazovun irsinə tədricən son qoyur

Türkmənistanda ölkənin keçmiş diktatorunun şəxsiyyətinin məhşur simvolu olan fırlanan qızıl heykəli söküblər. İşçilər dünən Saparmurad Niyazovun heykəlini paytaxt Aşqabadda Bitərəflik Tağı zirvəsindən götürüblər. Heykəl fırlanaraq həmişə üzü günəşə idi və ağ daşlarla örtülmüş üçayaq üzərində 70 metr hündürlükdə dayanırdı. İşçilər bu gün üçayağı sökməyə başlayıblar. Abidə cənab Niyazovun Türkmənistanı iyirmi il ərzində rəhbərlik etdiyi dövrdə özü üçün inşa etdiyi bir neçə abidələrdən biri idi. O 2006-cı ildə vəfat etmişdir. Cənab Niyazov bütün türkmənlərin oxuması tələb olunan Ruhnamə adlı kitab da yazmışdır. Onun davamçısı prezident Qurbanqulu Berdiməhəmmədov 2007-ci ildə hakimiyyətə gələndən bəri cənab Niyazovun irsini tədricən aradan qaldırır. Cənab Berdiməhəmmədov ölkədə azadlqılara yol açağına söz verib. Lakin tənqidçilər deyirlər ki, onun islahatları yalnız kosmetik xarakter daşıyır.

XS
SM
MD
LG