Accessibility links

Santa Fe məktəbində atışma qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib


Texasın Santa Fe məktəbində atışma qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təhqiqatçılar hələ də 10 nəfərin ölümünə səbəb olan hücumun motivlərini araşdırır.

17 yaşlı şübhəli Dimitrios Paqurtzisə qarşı qətl ittihamı irəli sürülüb.

Texas qubernatoru Qreq Abbott şübhəlinin evindən partlayıcı maddələr və yanğın bombası aşkar edildiyini bildirib.

Abbot onun susmaq hüququndan istifadə etdiyini, ilkin məqsədinin intihar olduğunu deyib.

Hücum zamanı iki silahdan-tapanca və revolverdən istifadə edilib. Silahlar hücumçunun atasının olub.

Hadisə qurbanları arasında müəllim əvəzləyicisi və tələbə mübadiləsi proqramı ilə Amerikaya gələn pakistanlı da olub.

ABŞ prezidenti hadisəni son zamanlar ölkədə baş verən silahlı hücumların ən dəhşətlisi adlandıraraq, ölənlərin ailə üzvlərinə onlara daimi dəstək veriləcəyini bildirib.

Tramp özünə və başqalarına təhlükə törədənlərin əllərindən silahlarının alınacağına and içib.

Texas qubernatoru hadisəni Texasın məktəb tarixində ən ağır hücum adlandırıb

XS
SM
MD
LG