Birləşmiş Ştatlar tarixində məktəbə edilən ən ağır hücumdan sonra, şagirdlər bu gün Konnektikut ştatının Nyutaun şəhərindəki məktəblərə qayıdıblar.
Keçən həftənin cümə günü 20 nəfər uşağın, 6 nəfər böyüyün ölümü ilə nəticələnən silahlı hücumdan sonra Sendi Huk ibtidai məktəbindən başqa şəhərdəki digər məktəblər fəaliyyətə başlayıb.
Şəhər rəsmiləri Sendi Huk məktəbinin şagirdlərini yaxınlıqdakı Monro qəsəbəsindəki məktəbə göndərməyi planlaşdırırlar.
Məktəbə hücum zamanı qətlə yetirilən 6 yaşlı Ceyms Mattioli və Cessika Rekos bu gün dəfn ediləcək. Dünən iki 6 yaşlı oğlan dəfn edildi. Bu həftə digər qurbanların dəfn mərasimləri planlaşdırılır.
Rəsmilər 20 yaşlı Adam Lanzanın anasını evdə qətlə yetirdikdən sonra silahı görürüb məktəbə gəldiyini, oradakı uşaqları və müəllimləri qətlə yetirdikdən sonra özünü vurduğunu guman edirlər. Müstəntiqlər hücumun səbəbinin məlum olmadığını deyirlər.