Sandra Bullok Harvi qasırğası qurbanlarına yardım məqsədi ilə Qırmızı Xaç Təşkilatına 1 milyon dollar ianə etməklə öz borcunu yerinə yetirib.
53 yaşlı aktrisa bunu edə bilməsindən çox məmnun olduğunu və əlavə edərək, “biz biri-birimizə kömək etməliyik” – deyib.
Sandra uzun illər Texas ştatının Austin şəhərində yaşayıb və indi aktrisa artmaqda olan məşhurların sırasına qoşularaq qasırğa nəticəsində dəhşətli daşqından zərər çəkənlərə yardım edir.
Bu məşhurlara Kevin Hart, “Daş” ləqəbli Dveyn Conson, Kriz Rok, Beyonsi və Cey Z Cennifer Lopez və Aleks Rodriqez, Kris Braun və Deyv Şapell daxildir.
Belə bir faciəvi anda məşhurların bir araya gəlmələri və Hollivudun öz öhdəsinə düşəni etməsi sevindirici haldır.
Bərpa işləri uzun vaxt alacaq və ümid edirik ki, daha çox məşhur ianə səylərinə qatılacaq.