Accessibility links

Sanaz Niknam: Təbrizdə qadın müğənnilərə mənfi baxış var [Audio]


Sanaz Niknam
Sanaz Niknam
“Bizim toplum istəmir ki, bir qadın mahnı oxusun, adını qoysun müğənni. Bu baxış dəyişməlidir. Kişilər qadınlara qarşı baxışlarını dəyişdirməlidirlər,” deyə güneyli vokal sənətçisi Sanaz Niknam Amerikanın Səsinə müsahibədə bildirib. Güneyli vokalist İran Azərbaycanında teokratik rejimin tətbiq etdiyi rəsmi qadağalardan əlavə cəmiyyətdə qadınların musiqi fəaliyyətinə mənfi baxışları musiqi sənətinin inkişafına başlıca əngəllərdən biri hesab edir.
Sanaz Niknam Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:16:19 0:00
Direct link

İran İslam Respublikasının qanunlarında qadın müğənnilərin fəaliyyətini icazə verilmir. Buna görə də, ilk musiqi dərslərini Təbrizdə Fəridə Əsgərniya kimi ustadlardan aldığını söyləyən Sanaz Niknam musiqi fəaliyyətini ciddi şəkildə davam etdirmək istədiyində Azərbaycan Respublikasına mühacirət edib.
Bizim toplum istəmir ki bir qadın mahnı oxusun, adını qoysun müğənni. Bu baxış dəyişməlidir. Kişilər qadınlara qarşı baxışlarını dəyişdirməlidirlər.
Sanaz Niknam
Bakıda vokal musiqi məktəbində təhsil almış təbrizli müğənninin sözlərinə görə, güneydə qadın müğənnilər sadəcə hakimmiyyət deyil, toplum tərəfindən də çətinliklər və məhdudiyyətlərlə üzləşirlər.

Sanaz Niknam öz şəxsi təcrübəsində Təbriz əhli, o cümlədən, öz qohumlarının mənfi münasibətləri ilə qarşılaşdığını dilə gətirib. Onun fikrincə, həmin səbəblərə görə, güneydə fəaliyyət göstərən qadın musiqiçilərin peşəkar gələcəyi yoxdur.

Hazırda İngiltərədə mühacirətdə yaşayan güneyli vokalist həmçinin Böyük Britaniya və Avropanın digər ölkələrində təşkil etdiyi konsertlər və qatıldığı birgə musiqi proqramları haqqında danışıb.

Sanaz Ninam Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan mədəni dərnəklərinin güneyli musiqiçilərlə dəstək vermədiklərini qeyd edib və bundan narahat olduğunu bildirib.
XS
SM
MD
LG