Bu gün Yəmənin paytaxtı Sanaada keçirilən nümayişlər zamanı bir nəfər Yəmən qüvvələri tərəfindən öldürülüb. Müxalifət sözçüsü Əi Möhsen Əl-Əhmər bildirib ki, onun mövqeyinə qarşı hücum zamanı 11 əsgərini itirib. Əl-Ərəbiyyə televiziyasının məlumayında Körfəz Əməkdaşlıq Şurasının tərəfləri atəşkəsə çağırdığı deyilib.
ABŞ Dövlət Departamaneti Yəməndəki durumla bağlı ciddi narahatlığını bildirib. Departamentin dünən açıladığı bəyanatında tərəflər zorakılara son qoyub, təmkin.nümyiş etdirməyə çağırılır.
Yəmən prezidenti Əli Abdulla Salehin vətəninə qayıtmasından bir gün sonra hökumət və müxalif qüvvələr arasındakı qarşıdurmalar zamanı 40 nəfər həlak olub. Yəmən prezidenti döyüşlərə son qoyulmasına çağırmışdı. Prezident siyasi böhranın həlli məqsədi ilə müzakirələrə səsləmişdi. Əli Abdulla Saleh bildirmişdi ki, hökumətlə müxalifət arasındakı böhran yalnız dialoq yolu ilə həll edilə bilər.