Yəməndə Huti üsyançıları iki amerikalı daxil olmaqla bu ilin əvvəli həbs edilən azı beş xarici girovu azadlığa buraxıb.
Onların hər biri bazar günü üsyançılarla Oman hökumət rəsmiləri arasında danışıqlardan sonra bazar günü azad edilib. Danışıqlar və onların nəyə görə girov götürüldüyü ilə bağlı təfərruatlar aydın deyil.
Yəmən qəbilələri hökumətdən güzəştlər əldə etmək üçün tez-tez Qərb nümayəndələrini girov götürür. Girovların demək olar ki, hər biri azad edilib.
Lakin ABŞ müxbiri Luk Somers və cənubi afrikalı müəllim Pierre Korki ötən il ABŞ qüvvələri onları Əl-Qaidədən qaçırmağa çalışarkən öldürülüb.
İranın dəstəklədiyi Huti üsyançılarının Yəmən paytaxtı Sənaya nəzarəti ötən il ələ keçirməsi beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökumətin Səudiyyə Ərəbistanına qaçmasına səbəb olub.
Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiyanın üsyançılara qarşı hava hücumları nəticəsində Yəməndə humanitar fəlakət yaşanmaqdadır. Yəmən əhalisinin 80 faizinin ərzaq və tibbi yardıma ehtiyacı var.