ABŞ təhqiqatçıları şənbə günü San Fransisko beynəlxalq hava limanında Cənubi Koreya şirkətinə məxsus təyyarənin sürətini artırmaq istədiyi zaman enişi düzgün həyata keçirə bilməyərək qəzaya uğradığını bildirib.
Milli Nəqliyyat Təhlükəsizliyi heyətinin sədri Debora Hersmen dünən müxbirlər qarşısında çıxış edib.
Hersmen əldə edilən məlumatlara əsasən təyyarənin planlaşdırıldığından olduqca aşağı sürətlə getdiyini deyib.
San Fransiskonun Yanğınsöndürmə İdarəsinin rəhbəri dünənki çıxışında 19 nəfərin hələ də xəstəxanada olduğunu, onların altısının vəziyyətinin ağır olduğunu deyib.
Qəza zamanı 16 yaşlarında çinli iki qız həlak olub. Onlar 30 nəfərdən ibarət tələbə qrupunun tərkibində müəllimləri ilə bərabər Çinin Zejianq vilayətindən yay düşərgəsinə gedirdilər.