Səməd Purmusəvi Həsən Ruhani höküməti dövründə İranın qeyri-fars etnik qruplar və onların dili və mədəniyyəti ilə bağlı siyasətində əsas dəyişiklik baş verəcəyinə inanmır. Güneyli fəal, sənətçi və sabiq siyasi məhbus Amerikanın Səsi ilə müsahibədə İran İslam Respublikasının bu xüsusda müəyyən və dəyişilməz bir siyasət yürütdüyünü vurğulayıb.
“İran İslam Respublikası ideoloji və dini bir hakimiyyətdır. Ancaq həmin dini hakimiyyət bir çox xüsuslarda din qardaşlığına insansa da etniklərin məsələsinə siyasi və təhlükəsizlik mövzusu kimi yanaşır,”-deyə Purmusəvi söyləyib.
Onun dediklərinə görə, İranda hakimiyyətin qeyri-fars etniklər, ya qadın hüquqlarına baxışını təhlil etmək üçün sadəcə Ruhani hökümətini deyil, bütünlüklə sistemi dəyərləndirmək lazimdir.
Güneyli fəal Həsən Ruhaninin siyasətlərini sabiq prezident Məhəmməd Xatəminin yürütdüyü siyasətə bənzədiyini irəli sürüb. Onun sözlərinə görə, Ruhani höküməti qeyri-farsların bəzi haqlarını məhdud şəkildə təmin edib ya kiçik azadlıqlar verə bilər, ancaq bütün bu haqların verilməsi həmin ana siyasətin istiqamətində həyata keçiriləcək.
Səməd Purmusəvi Həsən Ruhani hökümətinin Türk Dili Qurumu, ya ana dillərin tədrisi ilə bağlı verdiyi sözləri də dəyərləndirib. Onun fikrincə, bu sözlərə əməl edilsə belə yenə əsas siyasət qeyri-farsların farslaşdırılması istiqamətində həyata keçiriləcək.
O bu siyasəti 1979-cu ildə islam inqilabından sonra türk dilində radio proqramları ilə bağlı yürüdülən platformanı nümunə gətirərək izah edib:
“Onlar türkcə radio proqramlarının dili üçün bir platforma müəyyənləşdirdilər. Bu gün danışılan dil həmin platforma əsasında hazırlanıb. Farsca ilə qarışmış bu dil əslində heç türkcə deyil, elə onların qondarma Azəri dilidir.”
Torontoda mühacirətdə yaşayan sabiq siyasi məhbus həmçinin bu mərhələdə Azərbaycan Milli Hərəkatı və türk fəalları tərəfindən aparılan mübarizənin metodları ilə bağlı öz düşüncələrini Amerikanın Səsi ilə paylaşıb.
“İran İslam Respublikası ideoloji və dini bir hakimiyyətdır. Ancaq həmin dini hakimiyyət bir çox xüsuslarda din qardaşlığına insansa da etniklərin məsələsinə siyasi və təhlükəsizlik mövzusu kimi yanaşır,”-deyə Purmusəvi söyləyib.
Onlar türkcə radio proqramlarının dili üçün bir platforma müəyyənləşdirdilər. Bu gün danışılan dil həmin platforma əsasında hazırlanıb. Farsca ilə qarışmış bu dil əslində heç türkcə deyil, elə onların qondarma Azəri dilidir.Səməd Purmusəvi
Güneyli fəal Həsən Ruhaninin siyasətlərini sabiq prezident Məhəmməd Xatəminin yürütdüyü siyasətə bənzədiyini irəli sürüb. Onun sözlərinə görə, Ruhani höküməti qeyri-farsların bəzi haqlarını məhdud şəkildə təmin edib ya kiçik azadlıqlar verə bilər, ancaq bütün bu haqların verilməsi həmin ana siyasətin istiqamətində həyata keçiriləcək.
Səməd Purmusəvi Həsən Ruhani hökümətinin Türk Dili Qurumu, ya ana dillərin tədrisi ilə bağlı verdiyi sözləri də dəyərləndirib. Onun fikrincə, bu sözlərə əməl edilsə belə yenə əsas siyasət qeyri-farsların farslaşdırılması istiqamətində həyata keçiriləcək.
İranda hakimiyyətin qeyri-fars etniklər ya qadın hüquqlarına baxışını analiz etmək üçün sadəcə Ruhani hökümətini deyil, sistemi bir bütün olaraq dəyərləndirmək lazimdir.Səməd Purmusəvi