Martın 4-də Salyan rayonunun (Bakıdan 129 kilometr cənub) Qaraçala kənd sakini, Klassik Xalq Cəbhəsi Partiyasının üzvü Aydın Xəlilov amansızlıqla qətlə yetirilib.
Hadisə saat 14 radələrində baş verib.
Salyan rayon prokurorunun köməkçisi Ədil Mirzəyev Amerikanın Səsinə bildirib ki, kənd ərazisində Aydın Xəlilovun meyiti aşkar edilib. Fakt üzrə Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb, ekspertiza təyin edilib. “Hazırda bütün versiyalar üzrə araşdırma aparılır”, o qeyd edib.
KXCP Salyan təşkilatının rəhbəri Ədalət Yusubov Amerikanın Səsinə bildirib ki, Xəlilovun evinin önünə qara “Prado” markalı avtomobil gəlib və ev sahibini maşına çağırıblar. “Maşın 500 metr məsafə qət edib, bundan sonra Xəlilovun qan içindəki cəsədi maşından atılıb, cəsədi bir müddət də asfaltda sürüyüblər, daha sonra bir neçə dəfə üzərindən maşınla keçiblər. Maşının nömrəsi palçıqla örtülüb.
Şahidlərin sözlərinə görə, avtomobil Xəlilovun evindən uzaqlaşarkən maşında mübarizə gedib, bu, maşının o tərəf - bu tərəfə silkələnməsindən bəlli idi.
Xəlilovun cəsədində bıçaq yaraları aşkar edilib”, Yusifov qeyd edib.
Xəlilov fiziki cəhətdən sağlam və güclü insan idi, boyu iki metrə yaxın, çəkisi 100 kiloqramdan çox olub. Son illər o, siyasi fəaliyyətdən uzaqlaşaraq, fermerliklə məşğul olurmuş.
KXCP-nin Salyan təşkilatının üzvünün öldürülməsinə partiya sədri Mirmahmud Fəttayev də münasibət bildirib.
Musavat,com saytına açıqlamasında Fəttayev deyib: “Hadisənin səbəbi bilinmir. Orada olan üzvlərimiz də bilmirlər ki, nədir. Bilirik ki, qara rəngli maşın olub, evindən çağırıblar. Yəni mətbuatda olan informasiyalar qədər bilgiliyik”.
M.Fəttayev bildirib ki, Qarabağ müharibəsindən keçmiş Aydın Xəlilovla bir nəfər bacara bilməzdi: “Fiziki gücünə, təcrübəsinə görə onunla bacara bilməzdilər. İlkin ehtimalım budur ki, Azərbaycanda olan və hakimiyyətə bağlı kriminal var. Buna görə də ölkədə özbaşınalıq, “bespredel” baş alıb gedir. Qanunlar işləmir”.
Partiya sədri A.Xəlilovu hörməti olan, nüfuzlu üzv kimi xarakterizə edib: “El-obada hörmətini saxlayırdılar. Yaşının azlığına baxmayaraq sayılıb-seçilən söz sahibi idi. Hər hansı bir probleminin olduğunu da bilmirəm”, o qeyd edib.