Accessibility links

Təcavüzdə günahlandırılan nümayəndəyə bəraət qazandırılıb


İranın Ali məhkəməsi təcavüzdə günahlandırılan Məlikkəndi (Məlikan) rayonunun nümayəndəsinə bəraət verib.

Məlikan şəhərinin İran parlamentindəki millət vəkili Salman Xudadadi bir gənc qadına təcavüz ittihamı ilə günahlandırılaraq 99 şallaq, 2 il müddətinə sürgün və bütün vəzifələrdən uzaqlaşdırılmasına dair məhkəmə hökmü İranın Ali Məhkəməsi tərəfindən ləğv edilib.

Tehranın cinayət məhkəməsinin 5-ci şöbəsi sənədlər əsasında bu hökmü versə də, Tehranın Ali Məhkəməsinin 47-ci şöbəsi nümayəndəyə bəraət verib.

Şərq qazetinin məlumatına əsasən, nümayəndə hər hansı cinsi əlaqənin olduğunu rədd edərək, sadəcə qadına kömək etmək istədiyini önə çəkib.

28 yaşlı Zəhra Nəvidpurun cəsədi 2019-cu il yanvarın 6-da Məlikandakı anasının evində tapılmadan öncə, Xudadadi ilə danışdığı səs fayllarını sosial mediada yayımlamışdı.

Zəhra Nəvidpurun gözlənilməz ölümü bölgə əhalisi və ictimai fəalları təşvişə salaraq, Təbrizin sabiq millət vəkili, Əkbər Ələmi də öz Telegram kanalında gənc qadının ölmünün şübhəli olduğunu qeyd etmişdi.

Zəhra Nəvidpur yayımladığı bir videoda 2014-cü ildə bir dəfə Xudadadinin ofisinə işə alınmaq üçün müraciət etdiyində ona cinsi əlaqə təklifi etdiyini,rədd cavabı aldıqdan sonra onu zorladığını demişdi.

XS
SM
MD
LG