Accessibility links

Saleh Rüstəmliyə dəstək məqsədi ilə keçirilən aclıq aksiyası davam etdirilir


Həbsxanada 40 gündür aclıq edən, dekabrın 13-dən quru aclığa keçən Saleh Rüstəmlini müdafiə məqsədi ilə 7 nəfər fəal artıq 3 gündür aclığı davam etdirir. Aclıq edən fəalların səhətində hələ fəsadlar yaranmayıb. Bu səbəbdən də həkimə müraciət edilməyib.

Bu barədə aksiyanın iştirakçısı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, aksiyaya çoxsaylı insanlar qoşulmaq istəyir.

Saleh Rüstəmov
Saleh Rüstəmov

“Bu gün, dekabrın 15-də otuz nəfərə yaxın Xalq Cəbhəsi və Müsavat Partiyaların fəalları aclıq aksiyasına qoşulmaq üçün müraciət edib. Ev dar olduğundan 7 nəfərdən çox insanın qalması mümkün deyil. İndi fəallar aclıq aksiyası keçirmək üçün müvafiq məkan axtarırlar. Onlar bu məkanı tapa bilsələr ikinci yerdə də aksiya olacaq,” Məmməd İbrahim qeyd edib.

Bu arada Saleh Rüstəmlinin durumunun ağırlaşıdğı barədə məlumatlar gəlir.

“Artıq Saleh Rüstəmlinin həyatı üçün təhlükəli bir dönəm başlayıb. Saleh Rüstəmli uzun müddətdir aclıq edir və buna uyğun olaraq orqanizmində dəyişikliklər baş verib. Xeyli çəki itirib. Aclığa uyğun olaraq başqa orqan və toxumalarda da dəyişliklər olub.”

Həkim: Saleh Rüstəmlinin həyatı üçün təhlükəli dönəm başlayıb
please wait

No media source currently available

0:00 0:02:55 0:00

Bu barədə müstəqil həkim, tibb elmləri doktoru Adil Qeybulla dekabrın 14-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində aclıq edən və dekabrın 13-dən quru aclığa keçən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmli ilə görüşdən sonra Amerikanın Səsinə müsahibəsində bildirib.

Həkim həyat üçün təhlükədən danışaşrkən deyib ki, aclıqla yanaşı, yəni immun sistemin xeyli zəifləməsi fonunda hər hansı yan xəstəliyin qoşulması (məsələn, pnevmoniya, soyuqdəymə və s.) onun vəziyyətini kəskin ağırlaşdıra bilər.

“Bu səbəbdən Rüstəmlinin mülki xəstəxanaya köçürülməsi və reabilitasiya məsələsi gündəmə gətirilməlidir. Mən həkim kimi bunu təklif etmişəm. İndi müvafiq qurumların təklifini gözləyirik. Görək nə qərar verəcəklər. Hər halda mülki xəstəxanaya köçürülsə ona daha çox yardım edə bilərik,” o qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və "AXCP-nin qanunsuz maliyyələşdirilməsi" haqqında iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Bu il noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb. O dekbarın 13-də quru aclığa keçib, maye və dərman qəbulundan imtina edib. Rüstəmli quru aclığa keçən zaman onun ailə üzvləri və fəallar dəstək üçün aclığa başladıqlarını elan edib.

Saleh Rüstəmli 1992-1993-cü illərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

Yerli və beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri, ziyalılar, jurnalistlər Rüstəmlinin azadlığa buraxılması xahişi ilə hökumətə çoxsaylı müraciətlər edib.

XS
SM
MD
LG