Bakıda “Saleh Rüstəmliyə azadlıq!” şüarı ilə aksiya keçirilib
Dekabrın 11-də Bakının "28 may" ərazisində 36 gündür aclıq edən Saleh Rüstəmovun azadlığa buraxılması tələbi ilə aksiya keçirilib. Aksiya iştirakçıları "Saleh Rüstəmovu azad et!", "Öldürmə, azad et!" şüarları səsləndiriblər. Aksiya zamanı 10 nəfər saxlanılıb. Saxlanılanlardan aksiyanı monitorinq edən hüquq müdafiəçiləri Zaur Əkbər və Zəfər Əhmədov sonradan sərbəst buraxılıblar. Digər aksiya iştirakçıları sərbəst buraxılsa da, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Elvin Əliyev və Mahir Babayev barəsində məlumat yoxdur. Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, aksiyanın qarşısı polis əməkdaşları tərəfindən alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıb, saxlanılan olmayıb.
Episodes
-
Yanvar 11, 2025
Qadın məhbuslar üçün aksiya keçirilir
-
Yanvar 11, 2025
Məktəblərdə yaradıcılıq kifayət qədər dəstəklənirmi?
-
Yanvar 10, 2025
Tofiq Yaqublunun məhkəməsində insident yaşanıb