Accessibility links

Saleh İldırım: Təşkilatlarımızın birinci problemi maddi sıxıntıdır [Audio-Müsahibə]


saleh ildırım
saleh ildırım

Saleh İldırım güney təşkilatlarının əsas probleminin maddi sıxıntılardan ibarət olduğunu vurğulayır. O, həmin problemin ən çox media sahəsində çatışmazlıqlara yol açdığını deyir. Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) sözçüsü Amerikanın Səsi ilə müsahibədə milli hərəkat və ona mənsub siyasi təşkilatların fəaliyyətləri və qarşılaşdıqları problemlər haqqında fikirlərini paylaşıb.

Saleh İldırım Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:17:59 0:00


İldırım mənsub olduğu təşkilatın yurd xaricində lobbiçilik fəaliyyəti yürütdüyünü və bu istiqamətdə xarici dövlət rəsmiləri ilə müzakirələrin aparıldığını önə çəkir.

Bizi bir çox yerə çağırırlar amma maddi sıxıntılar üzündən gedə bilmirik. Həbs edilən fikirdaşlarımıza ya onların ailəsinə yardım edə bilmirik.
Saleh İldırım

“Güney Azərbaycan İstiqlal Partiyası olaraq Azərbaycanın işğaldan qurtuluşu və müstəqilliyi uğrunda bir çox sahələrdə fəaliyyətlərimiz olmuşdur və indi də davam etməkdədir. Güneydən başlayaraq dünyanın dörd bir tərəfində yayılmışdır bu fəaliyyətlər. Dövlətlər səviyyəsində müzakirələrə qədər lobbiçilik və insan haqları çalışmalarımız olmuş,” deyə Kanadanın Alberta əyalətində qərargahlanan fəal bəyan edir.

O, GAİP-ın imkanlarının məhdud, amma fəaliyyət dairəsinin geniş olduğunu söyləyir:

“İstiqlal Partiyası geniş əhatəli fəaliyyətlər edir. Əlbəttə imkanlar çərçivəsində. Sahə genişdir, amma imkanlarımız o sahə qədər geniş deyil. Amma imkanlar daxilində dövlətlər səviyyəsində müzakirə etməyi də bacara bilmişik. Baxmayaraq ki içəridə əldə etdiyimiz uğurlar xaricdəkindən daha artıq olmuşdur.”

“GAİP olaraq hərəkatda vahid söyləmlər, şüarlar və simvollar yaratmağı

Saleh İldırım Kral Salman bin Əbdüləziz əl-Səudla görüşür.
Saleh İldırım Kral Salman bin Əbdüləziz əl-Səudla görüşür.

bacarmışıq. Misal üçün, bozqurdun simgə olması, Güney Azərbaycan İran deyil söyləminin qloballaşması... Bunları biz gerçəkləşdirmişik,” deyə o söyləyir.

Saleh İldırım milli gizlilik prinsipi üzündən hərəkata mənsub təşkilatların qarşılaşdıqları problemlərin bir çoxunun açıqlanmasının mümkün olmadığını ifadə edir.

O, sözçüsü olduğu təşkilat və digər təşkilatların üzləşdiyi birinci problemin maddi sıxıntılardan ibarət olduğunu dilə gətirir.

Maddi sıxıntının bir nəticəsi budur ki, milli mediamız yoxdur. Bu imkanın olmadığı bütün təşkilatlara məhdudiyyətlər yaradır.

Milli fəalın sözlərinə görə, Güney Azərbaycan Milli Hərəkatının "birinci sıxıntısı" maddi sıxıntıdır. "Maddi sıxıntının bir nəticəsi budur ki, milli mediamız yoxdur. Bu imkanın olmadığı bütün təşkilatlara məhdudiyyətlər yaradır... Mesajlarını xalqa çatdırmaqda çətinlik çəkirlər. Teknologiya bu problemi bəlli miqdarda çözsə də, sosial media vasitəsilə ümum xalq ilə əlaqədə olmaq mümkün olmur," o bildirir.

Saleh İldırım əlavə edir: “Bizi bir çox yerə çağırırlar amma maddi sıxıntılar üzündən gedə bilmirik. Həbs edilən fikirdaşlarımıza ya onların ailəsinə yardım edə bilmirik.”

XS
SM
MD
LG