Sakinlər yaşıllıqların kəsilməsindən narazıdır
Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 93/99 ünvanında – “Kvadratlar” adlanan ərazidə yaşıllıq sahəsi hasarlanıb. Sakinlərin sözlərinə görə, ərazidə çoxmənzilli yaşayış binasının tikintisi nəzərdə tutulub. Onlar deyir ki, tikintini həyata keçirən şirkət “Qismət” MTK-dır. Sakinlər yaşıllıq ərazidə tikintinin aparılmasına etiraz edirlər. Onlar bu vəziyyətin 4 ildir ki, davam etdiyini deyirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər aidiyyatı dövlət qurumlarına müraciət edən sakinlər şikayətlərinə baxılmadığını deyirlər.
Episodes
-
Noyabr 23, 2024
Qonaqların COP29-un təşkilatçılığı haqda fikirləri
-
Noyabr 23, 2024
Heyvansevər sığınacağı vasitəsilə 100-dən çox iti xilas edib