Accessibility links

Səid Əzizi: Şüarımız kimlərəsə "ölüm" yox, "yaşasın"-dır [Audio-Müsahibə]


“Güney Azərbaycan Milli Demokratik Birliyi” təşkilatı bu yaxınlarda keçirdiyi qurultayda adını “Azərbaycan Demokratik Birliyi”-nə dəyişdirib. Həmin qurultayda təşkilatın sözçülərindən biri olaraq seçilən Səid Əzizi Amerikanın Səsinə müsahibədə təşkilatın adı, həmçinin platformasında aparılan bəzi dəyişikliklər haqqında məlumat verib. O, son vaxtlar İranda keçirilən parlament seçkiləri, eləcə də bölgədə baş verən olaylara dair özü və mənsub olduğu təşkilatın münasibətini açıqlayıb.

Səid Əzizi: Təşkilatımız gəncdir
please wait

No media source currently available

0:00 0:17:19 0:00

Səid Əzizinin söylədiklərinə görə, Avropa dillərinə tərcümə edildiyi zaman Avropada fəaliyyət göstərən bəzi ekstremist təşkiları xatırlatması təşkilatın adının dəyişdirilməsinə yol açan əsas səbəblərdən olub:

“Qurultayda bəzi dəyişikliklər tətbiq edildi - o cümlədən adımızın qısadılması. Azərbaycan Demokratik Birliyi gənc bir təşkilatdır. Biz adımızı öz hərəkatımız və millətimizə uyğun olaraq seçmişdik, amma zaman keçəndən sonra yaşadığımız ölkədə olan dillər, ingilis dili və hətta fars dilinə tərcümədə onun adı ilə bağlı bəzi çətinliklər oldu və tənqidlər gəldi. Milli/nasional sözü başqa dillərə tərcümə olanda pis anlam verir. Avropa və dünyanın bir çox yerində bu milli-nasional partiyalar ekstremistlərə mənsub olduğu üçün biz də bunu izah etməkdə çətinlik çəkirdik.”

Bizim fəallar götürüb öz əleyhimizə məqalə yazırlar ki, millət şiddətə yönəldi. Axı bu millət şiddətə yönəlmir. 100 min nəfər stadionda durub şüar verir. Bu şüarları illər boyudur verirlər. Bunun içindən bir dana iki dana da xəta çıxır. Biz nə bilək onu kim edib, necə edib?
Səid Əzizi

Mənsub olduğu təşkilatın bölgədə baş verən olaylar və siyasi dəyişiklikləri izlədiyini ifadə edən Əzizi bu gün Azərbaycan Respublikası, Ermənistan, Türkiyə və İraq kimi ölkələrdə baş verənlərin birbaşa və dolayı şəkildə İran Azərbaycanının taleyində də rol oynadığını vurğulayır.

“Güney Azərbaycanın ətrafında yerləşən bölgələrdə müxtəlif dərəcələrdə savaş gedir, etnik münaqişələr vardır... Bunların hamısı birbaşa və dolayı şəkildə bizim taleyimizdə rol oynayır. Mən keçmişdə bu qədər önəmli hadisələrin gerçəkləşdiyini xatırlamıram,” deyə İsveçdə yaşayan fəal bəyan edir.

O, “Türkiyə və Azərbaycan Respublikasının iqtisadi və siyasi sabitliyinə qarşı, habelə Güney Azərbaycan, İraq və Suiyada yaşayan türklərə region və beynəlxalq qüvvələr tərəfindən hər tərəfli hücum” olduğunu irəli sürür.

Səid Əzizi son vaxtlar keçirilən İran parlament seçkiləri və Azərbaycan vilayətlərində yaşayan əhalinin seçki rəftarı haqqında danışıb.

Son vaxtlar bəzi türk fəallar müxtəlif hallarda o cümlədən, stadionlar və sosial şəbəkələrdə etnik nifrət ifadələrinin yayılmasını tənqid etməyə başlayıb.

Milli/nasional sözü başqa dillərə tərcümə olanda pis anlam verir. Avropada bu milli-nasional partiyalar ekstremistlərə mənsub olduğu üçün biz də bunu izah etməkdə çətinlik çəkirdik.
Səid Əzizi

Səid Əzizi isə sərbəst toplaşmaq, siyasi partiya təsis etmək və nəşr azadlığından məhrum olan bir toplumda kütlənin hərəkət və rəftarına nəzarət etməyin mümkün olmadığını söyləyir.

“Mənim özümüzünkülərə də tənqidim var. Bizim fəallar götürüb öz əleyhimizə məqalə yazırlar ki, millət şiddətə yönəldi. Axı bu millət şiddətə yönəlmir. 100 min nəfər stadionda durub şüar verir. Bu şüarları illər boyudur, verirlər. Bunun içindən bir ya iki xəta çıxır. Biz nə bilək onu kim edib, necə edib? Biz toplam baxanda görürük ki, bu millət mədəni hərəkət edir,” deyə Səid Əzizi əlavə edib.

XS
SM
MD
LG