Accessibility links

Şahin Xiyavlı: Ərdəbildə Qarabağa dəstək aksiyaları ilə bağlı çıxarılan həbs və şallaq hökmləri siyasi mahiyyət daşıyır


Şahin Xiyavlı
Şahin Xiyavlı

Bu yaxınlarda Ərdəbil məhkəməsi keçən ilin sentyabr ayında Azərbaycan Respublikasına dəstək mitinqləri ilə əlaqədar 12 vətəndaşa qarşı həbs və şallaq cəzası çıxarıb.

Şahin Xiyavlı: Ərdəbildə Qarabağa dəstək aksiyaları ilə bağlı çıxarılan həbs və şallaq hökmləri siyasi mahiyyət daşıyır
please wait

No media source currently available

0:00 0:12:57 0:00

Hüquq müdafiəçisi Şahin Xiyavlı Amerikanın Səsi ilə söhbətdə türk fəallara verilən ağır hökmlərin son vaxtlar İran və Azərbaycan Respublikası arasında yaşanan gərginliklər ilə əlaqədar olduğunu ifadə edir.

Rəisinin prezident olması ilə bərabər keçmişdən qalmış məhkəmə işlərini yenidən açıb, insanları məhkəməyə çağırırlar.

“Bu hökmlər tamamilə İran və Azərbaycan arasında gərgin münasibətlər ilə əlaqədar verilən siyasi-təhlükəsizlik mahiyyəti daşıyan hökmlərdir. Xüsusilə də, Qarabağda Azərbaycan torpaqlarının azad edilməsinin ildönümü və iki ölkə arasında münasibətlərin gərginləşdiyi bir dönəmdə verilməsini və Həsən Amilinin Azərbaycana qarşı çıxışlarını nəzərə alanda bu hökmlərin siyasi olduğunu görürük,” hüquq müdafiəçisi söyləyir.

O, İranın ali dini liderinin Ərdəbil vilayətindəki nümayəndəsi Seyyid Həsən Amilinin Azərbaycan Respublikasına qarşı açıqlamalarına işarə edərək əlavə edir, “Xameneyinin Azərbaycandakı nümayəndələrinə baxanda, Təbriz, Zəncan və Urmiyənin cümə imamları deyil, Ərdəbilin cümə imamı belə bəyanatlar verirdi. Sepah (İnqilab Qvradiyası) və digər qüvvələri sərhədə dəvət edirdi. Onun qardaşı oğlu da (Seyyid Hamid Amili) Ərdəbilin valisi oldu. Mən düşünürəm ki, önümüzdəki dönəmdə [Ərdəbildə] mədəni fəalların hər hansı fəaliyyətlərinə mane olmaq istəyirlər.”

Şahin Xiyavlı İbrahim Rəisi dönəmində ümumiyyətlə İran Azərbaycanında mədəni fəallara basqıların artacağını proqnozlaşdırır:

Siyasi məhbuslar Əlirza Fərşi, Abbas Lisani və Əkbər Nəiminin pandemiya vəziyyətində sağlıqlarından narahat olduğumuzu dilə gətirdim.

“Görürük ki, potensial hərəkətlilik yarada biləcək təsirli insanları susdurmaq və passivləşdirmək istəyirlər. Özəlliklə də Rəisinin prezident olması ilə bərabər keçmişdən qalmış məhkəmə işlərini yenidən açıb, insanları məhkəməyə çağırırlar.”

Şahin Xiyavlı müsahibədə həmçinin bu yaxınlarda onlayn olaraq qatıldığı BMT İnsan Haqları Şurasının Sosial Forumu və orada oxuduğu məruzə haqqında danışıb.

“Sosial forumun 13-cü iclasının mövzusu COVID-19 pandemiyası sürəcində mədəni, siyasi, sosial və iqtisadi hüquqlar kimi dəyişik məsələlər idi. Mən çıxışımda su qıtlığına qarşı etirazlarda tutulanların saxlanıldığı şəraitin uyğun olmamasını dilə gətirdim. Həmçinin siyasi məhbuslar Əlirza Fərşi, Abbas Lisani və Əkbər Nəiminin pandemiya vəziyyətində sağlıqlarından narahat olduğumuzu önə çəkdim,” hüquq müdafiəçisi söyləyir.

XS
SM
MD
LG