Accessibility links

Fəallar sahibsiz itlərə görə yürüş etmək istədi


Avqustun 6-da şəhərin mərkəzində bir qrup fəal yürüş etməyə cəhd edib. Amma onların qarşısı alınıb.

Aksiyaçılarının sözlərinə görə, onlar xüsusi köynəklər geyinib şəhərin mərkəzində “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinə etiraz etmək üçün yürüş etmək istəyiblər. Onlar həmin mərkəzdə sahibzis itiərlə davranışdan şiakayətlənirlər. "Biz mərkəzə buraxılmamızı tələb edirik" - deyə, aksiya iştirakçılarından biri qeyd edib.

Polis əməkdaşları yürüşün keçirilməsinə imkan verməyib.

Aksiyadan qabaq iki təşkilatçısı - Elxan Mirzəyev və Nicat İsmayılovu mülki geyimli şəxslərin saxladığı bildirilir. Yürüş zamanı isə fəallar Kamran Məmmədli və Elmir Abbasovun da saxlanıldığı deyilir.

Bir qədər sonra da onların sərbəst buraxıldığı açıqlandı.

Amma Daxili İşlər Nazirliyindən isə “Turan” İnformasiya Agentliyinə bildirilib ki, həmin vaxt saxlanan olmayıb.

İddalara “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzindən isə hələlik, münasibət almaq mümkün olmayıb.

Bundan 3 həftə əvvel isə eyni tələblə keçirilən aksiyadan sonra “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzindən belə iddiaları təkzib etmişdilər: "Bura dövlət idarəsidir və onların dedikləri mümkün deyil. Həmin şəxslərin hərəkətləri təxribat xarakterlidir".

Bu Mərkəzin Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihələri çərçivəsində yaradıldığı açıqlanıb.

XS
SM
MD
LG