Dövlət distribütorları subsidiyalı ərzaqlar satır. Bu İstanbulda tez-tez qarşılaşacağınız mənzərədir.
Prezident Ərdoğanın təşəbbüsünün bir hissəsi olan bu mərkəzlər ölkədəki qida məhsulları qiymətlərinin bahalaşmasından bezən insanların tez-tez baş çəkdiyi yerlərdir.
Ötən il valyutanın çökməsi inflyasiya dalğasını meydana çıxardı və bu da ərzaq istehsalının xərclərini artırdı.
Mart ayında keçirələcək vacib yerli seçkilər üçün kampaniya aparan prezident Ərdoğan qiymət artımına görə yerli qida istehsalçıları və satıcıları günahlandırıb. Onları "qida terroristləri" adlandırıb.
Bahalaşma ilə əlaqədar araşdırma aparılan supermarketlər bildirir ki, onlar artıq məhsullarını ya istehsal dəyərinə ya da daha ucuza satırlar.
Bu etiketdə kartofun maliyyə dəyərinin 5 lira olduğu halda 2 liraya satıldığı qeyd olunub.
Subsidiyalar və təhdidlərlə qiymətləri azaltmaq kampaniyası kiçik biznesmenləri ümidsizləşdirib.
Ərdoğanın qiymət savaşı alış-veriş üçün gəlirləri yetməyən alıcıları razı salıb.
Ərdoğan üçün isə qida qiymətlərinin aşağı salınması və Türkiyə bazarlarında ictimai narazılıqların olması növbəti ay keçiriləcək yerli seçkilərdə İstanbul kimi vacib şəhərlərin nəzarətini təmin etmək üçün əsasdır.