Accessibility links

Şahdəniz-2 layihəsi çərçivəsində iki müqavilə imzalanıb


"Şahdəniz" konsorsiumu və "Cənubi Qafqaz Boru Kəməri" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində daha iki müqavilə imzalayıb.

"BP-Azerbaijan"ın mətbuat xidmətinin məlumatına görə, müqavilələr 2018-ci ildə ilk qaz əldə edildikdən sonra yatağın gələcək cinah hissələrinin işlənməsinə dəstəyi nəzərdə tutur.

Sənədə görə, müqavilələrin imzalanması layihənin həyata keçirilməsi qrafikini dəstəkləyir və bu iri işlənmə layihəsinin bütün sahələrində əldə edilmiş irəliləyişə daha bir əlavədir.

Müqavilələrdən birincisi sualtı hasilat sistemi avadanlıqlarının təchizatı üçün 297 mln. dollar dəyərində olan müqavilə "FMC Kongsberg Subsea AS" şirkəti ilə imzalanıb. Bu müqavilə çərçivəsindəki işlərin həcminə sualtı manifoldlardan, əlaqədar idarəetmə bloklarından və birləşdirici avadanlıqlardan ibarət 3, 4 və 5 saylı hasilat kompleksləri üçün avadanlığın təchizatı daxildir. Avadanlıqların təchizatı 2016-cı ildən 2021-ci ilədək mərhələlərlə həyata keçiriləcək.

Yatağın tammiqyaslı işlənməsi üçün tələb olunan sualtı fontan armaturları və köməkçi vasitələrin planlaşdırılan üç partiyasından ikincisinin təchizatı üçün 66 mln. dollar dəyərində olan ikinci müqavilə "OneSubsea (UK) Ltd." şirkəti ilə imzalanıb. Avadanlıqların təchizatı 2016-cı ildən 2021-ci ilədək mərhələlərlə həyata keçiriləcək.

"Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) layihələri çərçivəsində Azərbaycan və Gürcüstanda yerləşən bütün quraşdırma və tikinti sahələrində artıq rəliləyişlər qeydə alınıb.

XS
SM
MD
LG