Accessibility links

Motosiklet sürənlər üçün elektron gödəkçələr [Video]


Motosiklet sürənlər üçün elektron gödəkçələr
please wait

No media source currently available

0:00 0:01:08 0:00

Elm və texnologiyada yeni nə var? Motosiklet sürənlər üçün elektron təhlükəsizlik gödəkçələri!

Bu təhlükəsizlik gödəkçələr motosikletçinin aydın görünməsi üçün parlaq indikator işıqları ilə təchiz olunub. Belə ki, məqsəd yalnız motosikletlərdəki işıqları görmək deyil, sürücünün də aydın görünməsidir. Bu təhlükəsizlik gödəkçəsi motosikletin elektron sisteminə qoşulub.

Dünyanın Keniyanın Nairobi şəhəri kimi izdihamlı şəhərlərində artan sayda insanlar motosikletlərdən taksi kimi istifadə edir. İosif Karioki artıq 5 ildir taksi-motosiklet sürür. “Ölənlərin sayı çoxdur. Onların çoxu avtomobil qəzalarında ölür.”

Keniya Milli Nəqliyyat Nazirliyi rəsmilərinin dediyinə görə, hər il Keniyada qəza səbəbindən 3 mindən çox insan ölür və faciələrin çoxu motosiklet qəzalarında baş verir. Çarls Moçin ChadLight texnoloji şirkətinin icraçı direktorudur. “Meydana çıxan ideyalardan biri motosikletçini daha aydın görmək üçün onu azacıq qaldırmaq idi”.

XS
SM
MD
LG