Bakının Sabunçu rayonunda bir neçə nəfərə atəş açaraq qaçan Gülağa Lətifovun tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu barədə Amerikanın Səsinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Fevralın 23-də Bakının Sabunçu rayonunda Gülağa Lətifov adlı şəxs 68 saylı orta məktəbin həyətində qanunsuz tikinti aparmasına etiraz edən qonşularına atəş açıb. Nəticədə qonşuları Asif Nəzərov, Yusif Əlipaşayev və Akif Nəzərovu yaralayıb, Fərid Qədirov isə aldığı güllə yarasından ölüb.
Gülağa Lətifov hadisə yerindən qaçıb.
Şahidlərin dediyinə görə, Gülağa Lətifov qanunsuz tikinti aparmaması üçün rayon icra hakimiyyəti, məktəb direktoru tərəfindən xəbərdarlıq edilib. O xəbərdarlıqlara məhəl qoymayıb və məktəbin ərazisini qanunsuz zəbt edərək tikintiyə başlayıb. Lətifovun qanunsuz tikinti aparması qonşuların narazılığına səbəb olub və o avtomobilindəki Vinçester markalı tüfənglə atəş açıb. Yaralananlardan Akif Nəzərov Suraxanı rayon Polis İdarəsinin rəis müavini və onun oğlu Asif Nəzərovdur.