Accessibility links

Saakaşvili Ukraynada siyasi səhnəyə geri dönməyə hazırlaşır


Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili çərşənbə günü bildirib ki, o, Ukraynada baş nazirin islahatlardan cavabdeh müavini vəzifəsinə dəvət alıb. Bu isə bacarıqlı siyasətçi üçün nöbvəti dəfə siyasi səhnəyə qayıdış deməkdir.

Postsovet dünyasının ən məşhur liderlərindən biri olan Saakaşvili 2015-ci ildə Ukraynanın cənubundakı Odessa bölgəsini idarə etmək üçün vəzifəyə təyin edilmişdi. Lakin daha sonra o dönəmin prezidenti Petro Poroshenko ilə fikir ayrılıqları yaşamışdı.

Saakaşvili bu dəvətin keçən ilki prezident seçkilərində namizədliyini dəstəklədiyi hazırkı prezident Volodimir Zelenski tərəfindən gəldiyini bildirib.

Saakaşvili bu dəvəti Ukraynanın koronavirus pandemiyasının səbəb olduğu iqtisadi tənəzzüllü aradan qaldırmaq üçün Beynəlxalq Valyuta Fondundan 8 milyard dollarlıq kredit paketi almağa çalışdığı bir vaxtda alıb.

"Prezident Zelenskidən Ukrayna baş nazirinin islahatlar üzrə müavini olmaq təklifini almaq mənim üçün böyük şərəfdir" - deyə o, öz Facebook hesabında bildirib. "Qarşıda bizi çox çətin dövr gözləyir ... qərarlarımızda və islahatlarımızda heç vaxt olmadığımız qədər cəsarətli olmalıyıq" deyə Saakaşvili əlavə edib.

Zelenskinin "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamia Reuters-ə bildirib ki, parlament cümə günü Saakaşvilinin təyin olunmasını səs verməyə çıxara bilər. O həmçinin Saakaşvilinin korrupsiyaya qarşı mübarizədə bu vəzifəyə uyğun olduğunu və onun qabiliyyətlərindən əvvəllər Ukraynada lazımi səviyyədə istifadə edilmədiyini əlavə edib.

Ukrayna prezident aparatı Zelenskinin Saakaşvili ilə görüşdüyünü və onun Ukraynanın inkişafına necə kömək edəcəyi ilə bağlı fikirlərini müzakirə etdiyini bildirib.

Prezidet aparatı həmçinin bildirib ki, "Mixeil Saakaşvili beynəlxalq səhnədə yaxşı tanınır və daha öncə islahatların uğurla həyata keçirilməsində təcrübəsinin olduğunu nümayiş etdirib"

Saakaşvili 2003-cü il Qızılgül İnqilabından sonra Gürcüstan prezidenti kimi korrupsiyaya qarşı mübarizə aparıb. Daha sonra, beş il əvvəl Odessanı idarə etməsi üçün vəzifyə təyin edilmişdi. Lakin 2016-cı ildə o dönəmin prezidenti Poroşenkonu korrupsiyada ittiham edərək qubernator vəzifəsindən istefa verdi.

Ukrayna hakimiyyəti Saakaşvilini xaricdə olarkən vətəndaşlıqdan məhrum etmişdi. Lakin o, 2017-ci ilin sentyabrında yenidən Ukraynaya qayıtmaq üçün Polşa sərhədindəki keçid məntəqəsindən ölkəyə giriş etsə də, beş ay sonra deportasiya edilmişdi.

Lakin ötən il prezident Zelenskinin ilk rəsmi qərarlarından birində onun vətəndaşlığını bərpa etməsindən sonra Saakaşvili ölkəyə geri dönmüşdü.

Britaniyanın Kembric Universitetinin iqtisadçısı və Ukrayna hökumətinin keçmiş müşaviri Aleksandr Rodnyanski Reuters-ə bildirb ki, Saakaşvilinin gəlişi islahatlar üçün müsbət hal olacaq.

"Mən həmişə Gürcüstanın təcrübəsini və onun orada həyata keçirdiyi islahatlara hörmətlə yanaşmışam. Və ümid edirəm ki, bu heç bir siyasi tarazlığı pozmayacaq" - deyə Aleksandrr Rodnyanski bildirib.

XS
SM
MD
LG