Accessibility links

Səttar Sayınqala: Parlamentin mövcudluğu millətin müstəqil olması deməkdir


Səttar Sayınqala ilə müsahibə
please wait

No media source currently available

0:00 0:08:04 0:00
Bu il martın 15-də bir qrup güneyli fəal Danimarka paytaxtı Kopenhagendə Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin qurulduğunu elan edib. Qrupun doqquz nümayəndəsi müvəqqəti mühacir parlamentinin məsul heyətinin üzvü seçilib. Heyətin üzvlərindən biri, İsveçdə yaşayan güneyli fəal Səttar Sevigin Sayınqala Amerikanın Səsinə Skype müsahibəsi zamanı müvəqqəti parlamentin yaradılmasının məqsədlərini şərh edib.

“İranda güney Azərbaycan türklərinə hüquqlar verilməyib, onların siyasi, ictimai, mədəni haqları pozulub” deyən Səttar Sayınqala müvəqqəti parlamentin yaradılmasının zərurətini izah edib.

O, müvəqqəti partlamentin güney Azərbaycan türklərinin beynəlxalq səviyyədə təmsil olunmasında mühüm rolu olduğunu qeyd edib.

Səttar Sayınqala parlamentdə güney azərbaycanlıların müxtəlif qruplarının təmsil olunduğunu deyib. Onun fikrincə, Güney Azərbaycan Müvəqqəti Mühacir parlamenti müxtəlif qrupların bir araya gəlməsinə imkan yarada bilər.

“Parlamentin olması millətin müstəqil olduğu deməkdir. Ona görə də bu parlament birləşdirici rol oynaya bilər”-deyə o bildirib.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG