"Sərhədsiz Reportyorlar" beynəlxalq jurnalistləri müdafiə təşkilatı "Azadlıq" qəzetinin əməkdaşı Təzəxan Mirələmliyə qarşı polis zorakılığını pisləyib.
"Azadlıq" qəzetinin jurnalisti Təzəxan Mirələmli Bakıda məhkəmə binasının qarşısında polis tərəfindən zorakılığa məruz qalıb. Jurnalistlərin işi zamanı onlara qarşı istənilən fiziki təqib informasiya azadlığının pozulmasıdır," "Sərhədsiz Reportyorlar" Twitter mikrobloqunda qeyd edir.
Təzəxan Mirələmli sentyabrın 11-də Yasamal Rayon Məhkəməsinin binası yanında zorakılığa məruz qalıb. Həmin vaxt məhkəmədə müxalifətçi Ruslan Əmirlinin işi üzrə proses gedirmiş.
Polis jurnalistləri məhkəmə binasından kobudcasına kənara sıxışdırıb. Jurnalist hüququnun məhdudlaşdırılmasına etiraz edən Mirələmlini polis itələyib. Nəticədə reportyor yıxılaraq xəsarət alıb.
O bildirib ki, polisin qanunsuz hərəkətindən məhkəməyə şikayət edəcək.