Accessibility links

Səməd Seyidov: Qərar ikili standartların tərkib hissəsidir [Video]


Səməd Seyidov: Elan olunan qərar ikili standartların tərkib hissəsidir
please wait

No media source currently available

0:00 0:00:39 0:00

Azərbaycanın parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov özünə və AŞPA-nın daha 3 üzvünə sanksiya tətbiq edilməsi ilə bağlı mətbuat konfransı keçirib.

Səməd Seyidov AŞPA-da Azərbaycana qarşı ikili standartlar olmasından şikayətlənib və dəfələrlə bunun şahidi olduğunu iddia edib.

“Elan olunan qərar ikili standartların tərkib hissəsidir. Bunun heç bir əsası yoxdur, bu, Azərbaycanı istəməyən qüvvələrin dəyirmanına su tökməkdir”.

Səməd Seyidov iddia edib ki, AŞPA-da sanksiya tətbiq olunan insanlar Dağlıq Qarabağ problemi ilə bağlı məsələ qaldıran şəxslərdir.

O deyib ki, belə addımlar Azərbaycan nüayəndə heyətinin işinə təsir edə bilməyəcək, baş verənlər sadəcə, "AŞPA-da böhranın, ikili standartların olduğunu göstərir”.

Səməd Seyidov bildirib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti Ermənistana layiqli cavab verir və Azərbaycan tərəfə qarşı bu sanksiya Dağlıq Qarabağa görədir.

Bütün bunlara baxmayaraq, Səməd Seyidov Azərbaycanın qurumda təmsil olunacağını və mübarizə aparacağını bildirib.

Mayın 16-da AŞPA deputatlar Səməd Seyidov, Sezar Florin Preda və Jordi Xukla Kostaya iki il müddətinə sanksiya tətbiq edilməsinə dair qərar qəbul edib.

Onlar səsvermə hüququna malik olan assambleya üzvləri olaraq qalacaqlar, sadəcə, bu müddətdə məruzəçi və seçki müşahidəçisi ola, AŞPA-nın komitələrinin və ya alt komitələrinin hər hansı birinin sədri və ya sədr müavini seçilə, AŞPA sədrinin vəzifəsinə namizəd ola bilməzlər.

XS
SM
MD
LG