Səməd Seyidov: Biz bu məruzəni bu şəkildə qəbul edə bilmərik
"Hesab edirəm ki, bugünkü dinləmlər çox düzgün bir qərar verməyə bizə əsas yaratdı. Avropa Şurasının bügünkü vəziyyəti əməkdaşlığı – Parlament Assambleyasından söhbət gedir - normal əlaqələri qəbul etmək firkində deyil, təzyiq etmək fikrindədir. Bu məruzə də bunun konkret nümunəsidir. Biz bu məruzəni bu şəkildə qəbul edə bilmərik. Onlar konstruktiv yanaşma istəyirlərsə, danışıqlar istəyirlərsə - bax burada özünüz gördünüz - Böyük Britaniyadan, Rusiyadan, Türkiyədən, müxtəlif ölkələrdən konstruktiv danışanlar da oldu. Hansısa nöqsanları göstərənlər, problemləri də göstərənlər, müsbət məsələləri də gündəmə gətirənlər. Belə yanaşma istəyirlərsə, xoş gəlirlər, səfa gətirirlər. Yox, əgər həmin bu yanaşma olacaqsa, onlar heç nəyə heç vaxt nail olmayacaqlar," deyə millət vəkili Səməd Seyidov Amerikanın Səsinə şərhində AŞPA-nın Azərbaycanda siyasi məhbuslarla bağlı qətnaməsini dəyərləndirib.
Episodes
-
Dekabr 18, 2024
Türkiyə 2025-ci ildə vasitəçilik rolunu artırmağa çalışır
-
Dekabr 18, 2024
ABŞ üzərində görülən müəmmalı dronlar suallar doğurur
-
Dekabr 18, 2024
Gürcüstanda yeni prezident seçilib