"Rəssamlar məhəlləsi"
Avqustun 28-də Salaam Cinema Baku-nun dəstəyi ilə Şəhər pionerləri məktəbi layihəsi çərçivəsində həyata keçirilən “Rəssamlar məhəlləsi” - nin açılış tədbiri baş tutub. “Rəssamlar məhəlləsi” Bakıda ən çox rəssam emalatxanaları yerləşən ərazidir. Rəssamlar məhəlləsində hal-hazırda 90-cı illərdən qalmış müxtəlif rəssamların işləri, müasir küçə incəsənəti nümunələri, qrafitilər mövcuddur. Burada ictimai məkanın yaradılması üçün komanda 2 aya yaxın müddət sərf edib. Tədbirdə musiqi, foto-sərgi və həmin məhəllədə xatirələri olan rəssamlarla bağlı hazırlanan qısa film nümayiş olunub. Filmdə 5 rəssam öz xatirələrini bölüşüb.
Episodes
-
Noyabr 23, 2024
Qonaqların COP29-un təşkilatçılığı haqda fikirləri
-
Noyabr 23, 2024
Heyvansevər sığınacağı vasitəsilə 100-dən çox iti xilas edib