Accessibility links

Rəsmi Vaşinqton: 26 oktyabrda humanitar atəşkəs qüvvəyə minəcək, Prezident Tramp Əliyevi və Paşinyanı təbrik etdi


Oktyabrın 25-də ABŞ, Azərbaycan və Ermənistan hökumətləri birgə bəyanat yayıblar.

26 oktyabr yerli vaxtla səhər saat 8:00-da humanitar atəşkəsin qüvvəyə mindiyini elan edən bəyanatda deyilir:

"Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyan və Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov 24 oktyabrda Dövlət Katibinin Müavini Stephen E. Biegunla görüşüblər və ölkələinin 10 oktyabrda Moskvada razılaşdırılmış humanitar atəşkəsə riayət etdıklərinə dair öhdəliklərinə sədaqətlərini yenidən təsdiqləyiblər. Həmin öhdəliklər Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putinin 1 oktyabrdakı birgə bəyanatına uyğun olaraq oktyabrın 17-də Parisdə verilən bəyanatda yenidən təsdiqlənib. Humanitar atəşkəs 2020-ci il, 26 oktyabrda yerli vaxtla səhər saat 8:00-da qüvvəyə minəcək. Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ konfliktinin dinc yolla həllinə təşviq etmək üçün Xarici İşlər Nazirləri və Minsk Qrupu Həmsədrləri arasında intensiv danışıqlara vasitəçilik edib."

Əldə olunan humanitar atəşkəslə bağlı Prezident Donald Tramp öz Facebook səhifəsində və Tvitterdə Azərbaycan və Ermənistan liderlərini təbrik edib.

"Çoxlu həyatlar xilas ediləcək," deyə Prezident Tramp razılığa vasitəçilik etmiş ABŞ Dövlət Katibi Maykl Pompeo və onun müavini Stephen E. Biegunla, Ağ Evin milli təhlükəsizlik heyəti ilə fəxr etdiyini əlavə edib.

XS
SM
MD
LG