Fransanın cənubunda Eqaliiyer (Eygalières) bölgəsində tanınmış foto-jurnalist Rza Diqqətinin 30 illik fəaliyyəti dövrü dünyanın müxtəlif ölkələrində münaqişə zonalarında çəkdiyi foto-şəkillərdən ibarət sərgisi açılıb.
“Həyatda iki dəfə” adlanan sərgidə foto-jurnalistin münaqişə zonalarında insanların həyatını əks etdirən əsərləri nümayiş etdirilir. Rza Diqqəti hərb və ölümlə qarşılaşmış bu insanların gözləri və üzlərində gördüyü həyat arzusunu əks etdirməyə çalışır.
Rza Diqqətinin yaradıcılığının ən maraqlı və məhsuldar dövrü onun Əfqanıstanda münaqişəni təsvir etdiyi vaxtlara aiddir. Foto-jurnalist Əfqanıstana ilk dəfə Sovet İttifaqının hərbi müdaxiləsi dövrü 1983-cü ildə səfər edib. Əfqanıstanda olduğu zaman Rza Diqqəti sovet ordusuna qarşı mübarizə aparmış əfsanəvi hərbi komandir Əhməd Şah Məsudla tanış olur.
Müsahibələri zamanı Rza Diqqəti Məsudu olduqca cəsarətli hərbçi, eyni zamanda müdrik bir insan və güclü lider kimi təsvir edir. Məsudla yaxın dostluğu Rza Diqqətinin Əfqanıstan hekayətinin ən maraqlı səhifələrindədir.
2001-ci ildə ABŞ-a qarşı 11 sentyabr terror hücumlarından iki gün öncə özlərini müxbir kimi qələmə vermiş Əl-Qaidə fəalları Məsudun həyatına son qoyur. Rza Diqqəti Əhməd Şah Məsudun mübarizə yolunu foto-şəkillərində canlandırır. Məusudun 1985-ci ildə çəkilmiş foto-portreti dünya ölkələrində sərgilərdə nümayiş etdirilir.
Əfqanıstanda çəkdiyi "Bir rus imperiyası vardı" adlı silsilə şəkillərə görə Rza Diqqəti Beynəlxalq Foto Mərkəzin foto-jurnalizmdə prestijli İnfinity mükafatına layiq görülmüşdür.
Rza Diqqəti özünü sülh müxbiri adlandırır. Bunun səbəbini İnfinity mükafatını aldıqdan sonra söhbətimizdə belə izah etmişdi: “Mən bütün dünyada müharibə əleyhinə mübarizə aparıram. Lakin bunu yalnız bir yolla edə bilərəm. Bu da müharibənin dəhşətlərini göstərməkdir. Amma mən bunu ölmüş cəsədləri göstərmək, ya da morqlar və xəstəxanalara gedib etmirəm. Mən sağ qalmış insanların gözlərini göstərirəm. Bombardmandan çıxmış uşaqların gözlərini, valideynləri gözləri qarşısında ölən uşaqların baxışlarını göstərmək istəyirəm. Müharibənin dəhşətlərini onların gözlərilə anlatmağa çalışıram.”
Rza Diqqəti humanitar layihələr üzərində işini davam etdirir. O, Əfqanısdanda qadınlar və jurnalistlər üçün "Ayna" fondu yaratmışdır.

Bombardmandan çıxmış uşaqların gözlərini, valideynləri gözləri qarşısında ölən uşaqların baxışlarını göstərmək istəyirəm. Müharibənin dəhşətlərini onların gözlərilə anlatmağa çalışıram.”
Rza Diqqəti