Accessibility links

Rüstəm İbrahimbəyov Əli Həsənovu məhkəməyə verib


Kinodramaturq Rüstəm İbrahimbəyov
Kinodramaturq Rüstəm İbrahimbəyov

İddiaya iyunun 3-də baxılacaq

Tanınmı dramaturq, Ziyalılar Forumunun təsisçilərindən Rüstəm İbrahimbəyov Prezident Administrasiyasının ictimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovu məhkəməyə verib.

Vəkili Fuad Ağayev bildirib ki, iyunun 3-də saat 10 -da Səbayel Rayon Məhkəməsində şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddiaya baxılacaq. İddia tanınmış dramaturq və ictimai xadim Rüstəm İbrahimbəyov tərəfindən qaldırılıb.

İddiaya səbəb Ə.Həsənovun APA agentliyinə müsahibəsində R.Rüstəmbəyovu qeyri-peşəkar adlandırması, Şəhidlər Xiyabanının yaxınlığında restoran və əyləncə yerlərinin tikintisində ittiham etməsidir.

Vəkilin sözlərinə görə, məhkəmə uzun müddət uydurma səbəblərlə iddianı qəbul etmək istəməyib. İmtinadan apellyasiya şikayəti verilib və iş Ali Məhkəməyə çıxıb. Bundan sonra iddia mahiyyəti üzrə baxılmaq üçün qəbul edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG