Accessibility links

İran Azərbaycanında milli fəal Cəfər Rüstəmi-Rad həbsxanaya qaytarılıb


Pandemiya səbəbi ilə məzuniyyətə buraxılan milli fəal Cəfər Rüstəmi-Rad Tehranın evin həbsxanasına qaytarılıb.

Koronovirus pandemiyasına qarşı tədbirlər çərçivəsində aprelin 2-də mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

HRA xəbər agentliyinin verdiyi məlumata əsasən, Rüstəmi-Rad Tehranın Evin həbsxanasının karantin bölümündə saxlanılır və 15 gün bu bölümdə saxlandıqdan sonra Evin həbsxanasının 8-ci bölməsinə köçürüləcək.

Azərbaycanlı siyasi məhbus Cəfər Rüstəmi-Rad 2018 iyul ayında Babək Qalası nümayişləri zamanı Tehranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

Rüstəmi-Rad ilin yanvar ayında Tehran İnqilab Məhkəməsinin 26-ci şöbəsi tərəfindin İran İslam Respublikasına qarşı təbliğat aparmaq ittihamından suçlanaraq 6 ay həbs cəzasına məhkum olunmuşdu.

O, həmçinin ötən ilin oktyabr ayında aldığı həbs cəzasının həyata keçirilməsi üçün Evin həbsxanasına göndərilsə də, daha sonra başqa bir məhkəmə onun cəzasını 13 aya yüksəltmişdi.

İranda COVİD-19 koronavirus pandemiyasının yayılması ilə həbsdə olan siyasi məhbusların bir hissəsi məzuniyyətə göndərilib. Ancaq pandemiyanın böhranlı vəziyyəti başa çatmadan İran məhkəmə sistemi siyasi məhbusları həbsxanalara geri qaytarır.

Pandemiyanın böhranlı vəziyyətində siyasi məhbusların həbsxanalara qaytarılması məhbusların ailələrinin narahatlığına və insan haqları quruluşlarının etirazlarına səbəb olub. İran rəsmiləri həbsdə olan tanınmış milli fəal, o cümlədən Abbas Lisani və Dr. Lətif Həsəninin müvəqqəti sərbəst buraxılmasına icazə verməyib.

XS
SM
MD
LG