Accessibility links

Azərbaycanlı modelin reklamı Nyu-Yorkun Tayms meydanında


Rüstəm Cəbrayılov Amerikanın məşhur Lenox şirkətinin reklamında çəkilib


Azərbaycanlı model Rüstəm Cəbrayılovun Amerikanın Lenox ev əşyaları şirkəti üçün çəkildiyi reklam lövhəsi Nyu-Yorkun məşhur Tayms meydanında yerləşdirililib. Ən populyar reklamlar və bilbordların yerləşdirildiyi məşhur meydan olan Tayms Square Nyu-Yorkun ən izdihamlı yerlərindən biridir. Hər il dünya ölkələrindən milyonlarla turist Tayms meydanını ziyarət edir.

Nyu-Yorkda yaşayan Rüstəm Cəbrayılov artıq bir neçə ildir professional model kimi dünyanın məşhur dizaynerləri ilə işləyir. O, Nyu-Yorkda keçirilən bir sıra moda şoularında iştirak edib, foto və video kliplərə çəkilib. Bu yaxınlarda Nyu-Yorkda moda dünyasının ən mühüm tədbirlərindən biri olan ənənəvi moda həftəsində yeganə azərbaycanlı model olan Rüstəm Cəbrayılov ikinci dəfə yüksək podiuma çıxmışdır. Azərbaycanlı model bu dəfə Amerika dizayneri Maykl Bastianın 2012-cü il payız-qış kolleksiyasını nümayiş etdirmişdir.

Rüstəm Cəbrayılov artıq iki ildir “Red Model Management” agentliyi ilə işləyir. Onun model kimi daha bir uğuru Amerikanın ən məşhur moda evlərindən biri olan Calvin Klein brendi üçün çəkilişlərdə iştirak üçün dəvət alması olmuşdur. O, avqust ayında Calvin Klein brendinin kişilər üçün yeni kolleksiyasının nümayiş etdirildiyini video klipdə çəkilmişdir. Rüstəm Cəbrayılov Amerikanın səsinə moda dünyasının ən böyük şəhərlərindən biri olan Nyu-Yorkda fəaliyyət üçün geniş imkanların olduğunu deyib. O, foto-sessiyalar və video çəkilişlər, eyni zamanda, dizaynerlərin şoularında iştirak etməyə davam edəcəyini bildirib.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG