Accessibility links

Ukrayna iyulun 1-dən etibarən Rusiya vətəndaşlarından viza tələb edəcək


Ukrayna Sərhəd Xidmətinin rəisi Sergey Deyneko bildirib ki, iyulun 1-dən Ukrayana gəlmək istəyən Rusiya vətəndaşlarından viza tələb olunacaq.

"Ukrayna hökumətinin ruslar üçün vizasız səfərləri ləğv etmək qərarı bu gündən qüvvəyə minib. Vizasız səfərlər nə mülki insanları öldürən, nə də qonşu xalqların suverenliyinə təhlükə yaradan inkişaf etmiş demokratik ölkələrin vətəndaşları üçün bir imtiyazdır "- deyə, Deyneko Facebook-da yazıb.

Ukrayna Xarici İşlər Nazirliyi bir müddət əvvəl bildirmişdi ki, ruslar Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kalininqrad, Kazan, Novosibirsk, Rostov-on-Don və Samara şəhərlərindəki VFS Global-ın viza xidmətləri göstərən şirkətin ofislərinə viza üçün müraciət edə bilərlər.

Viza müraciətlərinə isə Ukraynanın digər ölkələrdəki diplomatik nümayəndəlikləri tərəfindən baxılacaq, çünki Ukrayna fevralın 24-də Moskvanın səbəbsiz işğalına başlamasından dərhal sonra Rusiya ilə diplomatik əlaqələri kəsib.

Ukrayna prezidenti Volodimir Zelenski iyunun ortalarında bildirib ki, ruslar üçün viza tətbiqi “Ukraynanın milli təhlükəsizliyinə misli görünməmiş təhdidlərə qarşı” atılıb.

Buna cavab olaraq hələ o zaman Rusiya Xarici İşlər Nazirliyi “Rusiyanın milli maraqlarına və humanitar məsələlərə əsaslanan” tədbirlərlə cavab verəcəyini bildirmişdi.

XS
SM
MD
LG