Accessibility links

Rusiya qüvvələrinin Xarkivə hücumu nəticəsində 3 nəfər həlak olub, 15 nəfər yaralanıb


Xarkiv, 21 sentyabr 2024-cü il.
Xarkiv, 21 sentyabr 2024-cü il.

Xarkiv vilayətinin hərbi administrasiyasının rəhbəri Oleh Sinehubovun bildirdiyinə görə, Rusiya qüvvələri Xarkivə aviabombalarla zərbələr endirib. 3 nəfərin öldüyü, 15 nəfərin isə yaralandığı bildirilir.

Onun sözlərinə görə, zərbələr idarə olunan aviabombalarla çoxmərtəbəli yaşayış binalarına endirilib. Dağıntıların təmizlənməsi davam edir.

Xarkiv meri İqor Terexov bildirib ki, Kyiv vilayətindəki evlərin birində səkkizinci mərtəbədən üçüncü mərtəbəyə qədər mənzillər zərər görüb. Onun sözlərinə görə, bu hündürmərtəbəli bina müharibənin əvvəlində artıq Rusiya hərbçiləri tərəfindən atəşə tutulmuşdu, lakin ev təmir edilərək qış mövsümünə hazırlanmışdı.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Terexov ərazidə müvafiq xidmətlər və könüllülərin işlədiyini yazıb.

Rusiya qüvvələri Xarkiv vilayətini mütəmadi olaraq atəşə tutur. Sentyabrın 21-də axşam saatlarında Rusiya hərbçiləri Xarkivə zərbələr endirib, nəticədə iki yaşayış binası dağılıb, daha 7 evə ziyan dəyib. Uşaqlar da daxil olmaqla 20 nəfərin yaralandığı bildirilib.

Forum

XS
SM
MD
LG