Accessibility links

Rusiya Kyiv vilayətində enerji infrastrukturuna zərbələr endirib


Kyivə hücum. 11 oktyabr, 2022.
Kyivə hücum. 11 oktyabr, 2022.

Ukraynanın elektrik sisteminin operatoru oktyabrın 15-də bildirib ki, raket hücumu nəticəsində paytaxt bölgəsində əsas enerji obyektinə ciddi ziyan dəyib.

Kyib bölgəsinin qubernatoru Oleksiy Kuleba deyib ki, hücum nəticəsində ölən və ya yaralanan olmayıb.

Elektrik ötürücüsü şirkəti Ukrenergo təmir briqadalarının elektrik enerjisinin bərpası üçün çalışdığını bildirib, ancaq sakinlərə mümkün kəsilmələr barədə xəbərdarlıq edib.

Ukrayna Prezident aparatının rəhbərinin müavini Kirilo Timoşenko Kyiv bölgəsinin sakinlərini və üç qonşu regionun əhalisini tələbatın pik olduğu axşam saatlarında enerji istehlakını azaltmağa çağırıb.

“Bütün bunlar bu gün elektrik istehlakına mümkün qədər rasional şəkildə yanaşmaq üçün vacibdir,” Timoşenko deyib.

Bir həftə öncə yük maşınına yerləşdirilən bombanın Rusiyanı işğal olunan Krım yarımadası ilə birləşdirən əsas körpünə ziyan vurmasından sonra Kreml Ukraynana hərbi müdaxilə başlayandan bəri ən böyük koordinasiyalı raket hücumlarını həyata keçirməyə başlayıb.

Ukrayna körpünün bombalanmasına görə məsuliyyəti üzərinə almayıb.

Rəsmilər gecə boyu bir neçə bölgədə hücumların olduğu barədə məlumat verib.

Cənubda cəbhəyə yaxın yerləşən Zaporijye şəhərində infrastruktur vurulub, yanğınların olduğu bildirilir. Qubernator Oleh Sataruç insanları sığınacaqlara yerləşməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG