Accessibility links

Rusiyanın pilotsuz təyyarələri keçən gecə Ukraynanın energetika obyektlərinə hücum edib


Ukraynanın milli elektrik şəbəkəsinin cümə günü bildirdiyinə görə, Rusiya keçən gecə Ukraynanın iki bölgəsindəki energetika obyektlərinə pilotsuz uçuş aparatları ilə hücum edərək, elektrik təchizatını kəsib.

"Ukrenerqo" şimaldakı Çernihiv və Jitomir vilayətlərində əksər istehlakçılara enerji təchizatının artıq bərpa edildiyini bildirib.

Ukrayna Hərbi Hava Qüvvələri komandirinin dediyinə görə, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri keçən gecə Rusiyanın göndərdiyi 22 pilotsuz təyyarədən 20-ni məhv edib. Dronların əksəriyyəti Xerson, Sumı, Jitomir və Çernihiv vilayətlərində vurulub.

Çernihiv vilayətinin qubernatoru daha ətraflı məlumat vermədən Nijın şəhərinə hücum zamanı bəzi infrastruktura və yataqxanaya ziyan dəydiyini bildirib.

Rusiyanın Ukraynanın energetika sektoruna raket və dron hücumları yazdan etibarən intensivləşib, nəticədə bir çox regionlarda işıqlar kəsilib və bu, Kyivi Avropa İttifaqından elektrik enerjisi idxalına başlamağa məcbur olub.

Forum

XS
SM
MD
LG