Accessibility links

Rusiyanın pilotsuz təyyarələri ikinci gündür Ukraynanın İzmail limanına hücum edir


Ukraynanın Odesa vilayətinin rəsmilərinin cümə axşamı bildirdiyinə görə, Rusiyanın pilotsuz təyyarələri ardıcıl olaraq, iki gecədir cənubdakı liman şəhəri İzmailə hücum edib. Nəticədə inzibati bina dağılıb və evdə olan iki nəfər yaralanıb.

Ukrayna Hərbi Hava Qüvvələri pilotsuz təyyarə hücumlarının Rusiyanın bir keçən gecə həyata keçirdiyi 38 pilotsuz təyyarə dalğasının bir hissəsi olduğunu bəyan edib.

Ukrayna ordusunun dediyinə görə, pilotsuz təyyarələrdən üçü qonşu Rumıniyaya keçib. Keçən gecə Rusiyanın pilotsuz təyyarələrinin İzmailə hücumundan sonra Rumıniya Milli Müdafiə Nazirliyi çərşənbə günü vəziyyətə nəzarət etmək üçün iki "F-16" qırıcı təyyarələrindən istifadə etməklə, hava məkanında müşahidə tədbirlərini gücləndirdiyini bildirib.

Ukrayna ordusu cümə axşamı ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin Çerkassı, Xerson, Kyiv, Mikolayiv, Odesa, Sumı və Jitomir vilayətləri üzərində Rusiyanın 38 pilotsuz təyyarəsindən 25-ni vurduğunu bildirib.

Xerson vilayətinin qubernatoru Oleksandr Prokudin Telegram kanalında bildirib ki, Rusiyaya məxsus pilotsuz təyyarə azı bir nəfəri öldürüb.

Jitomir qubernatoru Vitaliy Buneçko məhv edilmiş pilotsuz təyyarələrdən düşən parçaların 10 evə və bir infrastruktur obyektinə ziyan vurduğunu deyib.

Kyivin hərbi administrasiyasının rəhbəri Serhiy Popkonun bildirdiyinə görə, çox sayda pilotsuz təyyarə paytaxt bölgəsinə bir neçə istiqamətdən hücum edib, lakin Hava Hücumundan Müdafiə Qüvvələri onların hamısını vurub.

Rusiya Müdafiə Nazirliyi cümə axşamı bildirib ki, Kursk, Belqorod və Rusiyanın işğalı altında olan Krım üzərində Ukraynaya məxsus 11 pilotsuz uçuş aparatı məhv edilib. Nazirlik Rusiya Müdafiə Qüvvələrinin Krıma doğru hərəkət edən iki ekipajsız qayığı da məhv etdiyini bildirib.

Belqorod qubernatoru Vyaçeslav Qladkovun dediyinə görə, Ukraynanın pilotsuz təyyarələrinin hücumu nəticəsində bir evə və avtobusa zərər dəyib.

Rusiyanın qərbindəki Kaluqa vilayətinin rəsmiləri cümə axşamı bildiriblər ki, "Mİ-28" hərbi vertolyotu qəzaya uğrayıb və pilotlar həlak olub.

Forum

XS
SM
MD
LG