Accessibility links

Xarkivdə Rusiyanın dron hücumu nəticəsində ən azı 7 nəfər ölüb


Yanğınsöndürənlər yaşayış məhəlləsində Rusiyaya məxsus dronun hücumunda evinin yanması nəticəsində həlak olan sakinin cəsədini daşıyırlar. Xarkiv, Ukrayna. 10 fevral, 2023
Yanğınsöndürənlər yaşayış məhəlləsində Rusiyaya məxsus dronun hücumunda evinin yanması nəticəsində həlak olan sakinin cəsədini daşıyırlar. Xarkiv, Ukrayna. 10 fevral, 2023

Ukrayna deyir ki, Rusiyanın şənbə günü Xarkiv şəhərinə dron hücumları üç uşaq daxil olmaqla, ən azı yeddi nəfərin ölümünə və yanğınlara səbəb olub, nəticədə evlər və başqa mülki infrastruktura ziyan dəyib.

Bölgə qubernatoru Oleh Sınehubov Telegram-da yazıb ki, dronlar Ukraynanın ikinci ən böyük şəhəri Xarkivin Nemişlianski rayonunda mülki infastruktura ziyan vurub.

İran istehsalı Şahid dronları ilə edilən hücumlar ən azı 14 evi dağıdıb. Suspilne dövlət televiziyasının müxbirləri şəhər üzərində alovun yayıldığını müşahidə edib.

Ukrayna hava qüvvələri Rusiyanın atdığı 31 drondan 23-nü vurduğunu bildirib.

Xarkivin şərqində Veliki Burluk şəhərinin yüksək rütbəli ordu rəsmisi Ssupilne-yə bildirib ki, dronlar xəstəxana və restorana ziyan vurub.

Rəsmilər ötən həftə də şəhərdə xəstəxanaya hücum olduğunu və nəticədə onlarla pasientin evakuasiya edildiyini bildirib.

Qara dənizin liman şəhəri Odesada, bölgə qubernatoru deyib ki, drom hücumu nəticəsində bir nəfər xəsarət alıb.

Günün əvvəlində Rusiya ilə sərhəddə yerləşən Sumı bölgəsində bir kəndin atəşə tutulması nəticəsində üç nəfərin öldüyü bildirilib.

ABŞ-ın yardımı hələ də ilişib qalıb

Bu arada isə ABŞ Prezidenti Co Bayden cümə günü Respublikaçıların Ukraynaya yeni yardımı təsdiqləməkdə ləngimələrini tənqid edib.

“Birləşmiş Ştatlar Konqresinin, Ukraynanı dəstəkləməməsi, belə bir şey olsa, cinayətə qarşı etinasızlığa yaxındır. Bu, biabırçılıqdır,” Bayden Ağ Evin Oval ofisində Almaniya kansleri Olaf Şoltz yanında ikən deyib.

Şotlz Bydenin Ukrayna üçün maliyyə yardımı almaq səylərinə dəstək vermək üçün Vaşinqtona səfər edib.

Şoltz Avropada Demokrat prezident ilə Nümayəndələr Palatasındakı Respublikaçılar arasında Ukraynaya yardımla bağlı qarşıdurma ilə əlaqədar artan narahatlıqlardan bəhs edib.

“Birləşmiş Ştatların dəstəyi olmadan və Avropa ölkələrinin dəstəyi olmadan, Ukraynanın ölkəsini müdafiə etmək imkanı olmayacaq,” Şoltz deyib.

Forum

XS
SM
MD
LG