Accessibility links

Rusiyanın pilotsuz təyyarələri Odesa vilayətini hədəf alıb


Ukrayna ordusunun cümə axşamı bildirdiyinə görə, hava hücumundan müdafiə vasitələri keçən gecə Rusiyanın Sumi və Odesa vilayətlərinə hücumda istifadə etdiyi 33 pilotsuz təyyarədən 25-ni məhv edib.

Odesa vilayətinin qubernatoru Oleh Kiper deyib ki, Rusiya son beş gün ərzində dördüncü dəfə İzmail bölgəsinə hücumu edib və bir nəfər yaralanıb.

Kiper bildirib ki, hücum nəticəsində liman infrastrukturunun obyektləri və inzibati bina zərər görüb.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın iki pilotsuz uçuş aparatını Rostov vilayəti üzərində, dogərlərinii Bryansk və Moskva yaxınlığında məhv etdiyini bildirib.

Moskva meri Sergey Sobyanin Telegram kanalında bildirib ki, vurulan pilotsuz uçuş aparatının parçaları Ramenski rayonuna düşsə də, heç bir dağıntı və insan tələfatı olmayıb.

NATO-nun Baş katibi Yens Stoltenberq cümə axşamı Avropa Parlamentində deyib ki, Ukrayna qüvvələri öz əks-hücumlarında tədricən irəliyə gedir və Rusiyanın müdafiəsini qırır. O, əks-hücumun uğurlu olmadığını deyən tənqidçilərə qarşı çıxaraq, müharibənin xarakterinin gözlənilməz olduğunu bildirib, "zəruri olan həm yaxşı, həm də pis gündə Ukraynanın yanında olmamızdır" deyib.

"Ukraynanı dəstəkləmək bir seçim deyil, üzvlərimiz, ölkələrimiz üçün sülhü qorumaq və avtoritar rejimlərin beynəlxalq hüququ pozaraq, hərbi güc tətbiq etməklə istədiklərinə nail olmamasını təmin etməkdir" - deyə, Stoltenberq bildirib.

NATO rəhbəri, həmçinin deyib ki, o, Türkiyə parlamentinin qanunvericilərinin oktyabrda yenidən toplanacağı zaman İsveçin alyansa qoşulmasını "mümkün qədər tez" ratifikasiya edəcəyini gözləyir.

Forum

XS
SM
MD
LG