Accessibility links

Rusiyanın Ukraynada itkiləri son dərəcə yüksəkdir


Kyiv, Ukrayna. 5 yanvar, 2024.
Kyiv, Ukrayna. 5 yanvar, 2024.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın hava hücumundan müdafiə bölmələri şənbə günü Krım üzərində Ukraynanın idarə olunan raketlərinin qarşısını alıb və məhv edib.

Bildirilir ki, hava hücumundan müdafiə bölmələri dronları cümə gecə hücumlarında Krım Yarımadası və Qara dənizin qərb hissəsi üzərində vurub.

Ukrayna Prezidenti Volodimir Zelenski bu il Krım Yarımadasında və Rusiyanın sərhəd bölgələrində daha çox hədəfi vurmağı vəd edib ki, bu da prezident Vladimir Putin mart ayında yenidən seçikdən iştirak etdiyi bir vaxtda, rusları narahat edib.

Cümə günü Krımın ən böyük şəhəri Sevastopolda hava hücumu sirenaları səsləndirilib. Moskvanın on il əvvəl qanunsuz olaraq ilhaq etdiyi yarımadanı Rusiyanın cənubundakı Krasnodar bölgəsi ilə birləşdirən körpüdə artıq ikinci gündür nəqliyyatn hərəkəri kəsilib. Körpü Rusiyanın hərbi təchizatı üçün əsas marşrutdur.

Rusiyanın cənubunda sərhəddə yerləşən Belqorod şəhərində rəsmilər təhlükəsizlik axtaran sakinləri evakuasiya etməyi təklif ediblər. Qubernator Vyaçeslav Qladkov cümə günü video mesajında bildirib ki, rəsmilər artıq bir neçə ailəni köçürüb.

Rusiyanın ağır itkiləri

Bu arada isə Britaniya Müdafiə Nazirliyi şənbə günü X-də bildirib ki, Rusiyanın Ukraynadakı gündəlik itkiləri ötən il demək olar 300 nəfər artıb.

Bu artım “demək olar ki, şübhəsiz ki, Rusiyanın hazırlıq qüvvələrinin deqradasiyasını və onların keyfiyyətdə aşağı, sayda yüksək kütləvi orduya doğru hərəkətini əks etdirir.”

Nazirliyin məlumatına görə, itkilər bu sürətlə davam etsə, Rusiyanın ilin sonuna qədər “Ukraynada yarım milyondan çox hərbçisi ölə və yaralana”bilər.

Müqayisə üçün, nazirlik bildirib ki, Sovet İttifaqının 1979-1989-cu illərdə Əfqanıstan 70 mindən çox itkisi olub.

ABŞ-ın Ukraynaya yardımı

ABŞ Prezidenti Co Baydenin əsas büdcə rəsmisi cümə günü ciddi bir xəbərarlıq edərək, deyib ki, qanunvericilərin ABŞ-ın Ukraynaya yardımını artırmaq üçün vaxtı daralır. Belə ki, Konqresdə büdcə ilə bağlı danışıqlar immiqrasiya səbəbilə dalana dirənib.

Menecment və Büdcə Ofisinin direktoru Şalanda Yonq bildirib ki, təxminən iki ildir davam edən müharibədə Rusiyanı dəf etməyə çalışan Ukraynaya kömək etmək üçün Konqresin Kyivə daha çox maliyyə ayrılmasını təsdiqləməsindən başqa heç bir yol yoxdur.

Yonq cümə günü deyib ki, Pentaqonun Kyivə yardım etməyə məhdud səlahiyyəti olsa da, Konqresdən yeni maliyyə olmadan “Ukraynaya böyük avadanlıq çatdırmaq” mümkün deyil.

ABŞ ötən ay Ukraynaya 250 milyon dollarlıq silah göndərib, amma Yonq deyib ki, ABŞ-ın əlavə yardımı olmadan Kyiv dövlət qulluqçularına ödəniş etməkdə və Rusiyanın maneələri altında fəaliyyət göstərməkdə çətinlik çəkə bilər.

Forum

XS
SM
MD
LG