Accessibility links

"Vaqner" qiyamı ilə əlaqədə şübhəli bilinən general Surovikinin həbs edildiyi bildirilir


Rusiya presidenti Vladimir Putin və general Sergey Surovikin
Rusiya presidenti Vladimir Putin və general Sergey Surovikin

Mediada yayılan məlumatlara görə, Rusiyanın hökumət orqanları general Sergey Surovikini keçən həftə "Vaqner" qrupunun qiyamında şübhəli bilərək həbs edib.

Surovikinin statusu ilə bağlı konkret təfərrüatlar qeyri-müəyyən olaraq qalır. Lakin Rusiya və ABŞ-ın yüksək səviyyəli rəsmiləri yüksək rütbəli generalın həbs edildiyini bildiriblər. Bu haqda məlumatı Financial TimesThe New York Times cümə axşamı açıqlayıb.

Surovikinin harada olması ilə bağlı suallar günlərdir dolaşır. Belə ki, general iyunun 24-dən "Vaqner" döyüşçülərinin Moskvaya yürüşə başlayandan sonra ictimaiyyət arasında görünmür. Surovikinin "Vaqner"in lideri Yevgeni Priqojinlə münasibəti yaxşı olub.

Rusiyanın Ukraynadakı işğalçı qüvvələrinin komandirinin müavini Surovikinin üsyanda iştirak etdiyinə görə rəsmi ittiham irəli sürüldüyü, və ya sadəcə sorğu-sual üçün saxlanıldığı bəlli deyil. Lakin Moskva onun başına gələnlər barədə hələ açıqlama verməyib.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında Surovikinlə bağlı vəziyyətə aydınlıq gətirə bilmədiyini və jurnalistlərin Müdafiə Nazirliyi ilə əlaqə saxlamalı olduqlarını deyib.

Surovikin şənbə günü nümayiş etdirilən bir videoda "Vaqner" qrupunu orduya qarşı hər hansı addımı dayandırmağa və bazalarına qayıtmağa çağırıb.

Surovikinin qızı Veronika atası ilə bağlı "hər şeyin yaxşı olduğunu" deyib. "Düzünü deym, ona heç nə olmayıb. O, işdədir," Veronika Rusiyanın Baza xəbər agentliyinə bildirib.

Veronika "O, nə vaxt hər gün mediada görünüb? O, heç vaxt hər gün açıqlama verməyib. "Fikrimcə hər şey adi şəkildə davam edir. Hər kəs öz iş yerindədir. Hər şey qaydasındadır" deyib.

Yevgeni Priqojin bu həftənin əvvəlində qiyamın dayandırılması ilə bağlı razılaşma çərçivəsində Belarus prezidenti Aleksandr Lukaşenkonun dəvəti ilə Belarusa gedib.

Priqojinin Belarusda harada olduğu, onu neçə döyüşçünün müşayiət etdiyi və orada nə qədər qalmağı planlaşdırdığı hələ də bəlli deyil.

Peskov cümə axşamı jurnalistlərə deyib ki, Priqojinin harada olduğu barədə məlumatı yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG